Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:41

Sürüşmə zonasının sakini: Evimi ona görə sökmürlər ki…


arxiv
arxiv

-

2012-ci ilin fevralında Bakı şəhəri Gəncə prospektində torpaq sürüşməsi olub. Həmin vaxt evlərinə ziyan dəyən sakinlər deyir ki, onlara nə kompensasiya verilir, nə də başqa yerdə ev. Sürüşmə zamanı pəncərələri, qapıları dağılmış, divarları çatlamış evləri sökə bilmirlər.

Bu sakinlərdən biri - evi General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasında yerləşən Əhmədli-1 sürüşmə zonasına düşən Mahirə Əsədova deyir ki, onun əmlakı ilə bağlı sökülmə qərarı verilib. Amma:

“2012-ci ilin fevralında torpaq sürüşməsi baş verdi. Gəncə prospekti, 63-65 nömrəli binalarda yaşayan ailələri 3 gün ərzində evlərindən çıxardılar. Sürüşmə bir neçə evə və obyektə ziyan vurdu. Mənim evim dağıntıya məruz qalmasa da, istismarı təhlükə mənbəyi kimi qiymətləndirildi. Ancaq ətrafdakı evlərlə bağlı qərar verilsə də, evimlə bağlı bu günədək də sökülmə qərarı yoxdur”.

Mahirə Əsədova əlavə edir ki, Bakı Şəhər İcra Hakimiyyəti evin söküntüsünü ona görə ləngidir ki, sahibinə kompensasiya ödəməsin. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ona bildirib ki, evinin sənədləri yoxdur:

“2 il əvvəl burada sürüşmə prosesi gedəndə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gəldi, evlərə baxış keçirdi, dedi ki, “burada iki ev mütləq sökülməlidir ki, sürüşmənin qarşısı alınsın”. O iki evdən biri mənə məxsusdur. Ancaq sonradan kompensasiya verməmək üçün mənə dedilər ki, guya evim sənədsizdir”.

2008-Cİ İLDƏN RƏY VERİLİB.

Mahirə Əsədovanın həmin ünvanda üzərində birmərtəbəli ev olan 200 kvadratmetr torpaq sahəsi var. Deyir, Hacıbala Abutalıbovun sənədsiz kimi qələmə verdiyi evin layihəsinə elə Bakı Şəhər İcra Hakimiyyətinin Ekspertiza Mərkəzi 2008-ci ildə rəy verib. Ancaq, nədənsə, indi qurum evi sənədsiz kimi təqdim edir. Ev sahibəsinə kompensasiya, yaxud başqa yerdə ev vermirlər deyə, sürüşmə nəticəsində pəncərələri, qapıları dağılmış, divarları çatlamış əmlakı sökə bilmirlər:

“İş orasındadır ki, yağan yağış, bir tərəfdən də hələ də sökülməyən evim ərazidəki başqa evləri risk altında qoyur. Şıxlınksi küçəsi ilə Gəncə prospekti arasında yerləşən yamacda sürüşmə aktivliyi günbəgün artır. Yamacda iki metrə yaxın çatlar əmələ gəlib. Mənim evim də həmin çatların üstündədir. Nə gözləyirlər?”

“NƏZƏRƏÇARPACAQ AKTİVLİK YOXDUR”

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirən olmayıb.

Zığ Bakıda ən təhlükəli sürüşmə zonası hesab olunur. Rəsmi qurumlar bu ərazidə yaşayanların kiçik hissəsini başqa yerə köçürüblər. Həmin ailələr kirayələrdə yaşayır və durumlarından razı deyillər. Ərazidə hələ də xeyli insan qəzalı evlərdə yaşayır. Onlara kompensasiya, başqa yerdə mənzillə təminat yox, yalnız kirayə evlərə köçürülmək və kirayəhaqqı təklif olunur. Sakinlər də razılaşmır.

Bakıda sürüşmə zonalarındakı hazırkı durumla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rafiq Həsənov APA-ya bildirib ki, hazırda nəzərəçarpacaq aktivlik müşahidə olunmur.

XS
SM
MD
LG