Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

Aİ-95 markalı benzinə kim nə qədər ödəyir?


'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı?

Sentyabrın 15-dən bəri Azərbaycanda Aİ-95 "Premium" markalı benzin 1 manat 60 qəpiyə, Aİ-98 "Super" markalı benzin 1 manat 90 qəpiyə satılır. Aİ-95 markalı benzinin qiymətində budəfəki artım 15 qəpik olsa da, nəzərə almaq lazımdır ki, cəmi üç ay öncə bu benzin növünün qiyməti 1 manat 20 qəpik idi. Bu o deməkdir ki, Aİ-95 "Premium" markalı benzinin qiyməti son üç ay ərzində 33 faiz artıb.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 1 milyon 300 min tondan çox dizel, 1 milyon tondan çox Aİ-92 markalı benzin işlədilib. Bu yanacaq növlərinin toplam istehlak payları, müvafiq olaraq, 54.4 və 43.4 faizdir. Ötən il boyunca Azərbaycan xaricdən 50 min tondan çox "Premium" (Aİ-95) və 2 min 600 tondan çox "Super" (Aİ-98) markalı benzin idxal edib. Yəni, Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payları təxminən 2 faiz civarındadır. Bu tip benzinlərə tələbin nisbətən aşağı olmasının əsas səbəblərindən biri Azərbaycanda avtoparkın yetərincə yaşlı olmasıdır. Sonuncu rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur. 5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizidir.

Kimdir o? Həm benzinin bahalaşmasını əsaslandırır, həm də təsdiqləyir
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ekoloji aspekt

Rəsmi rəqəmlərdən göründüyü kimi, Azərbaycanda işlədilən yanacağın mütləq əksəriyyəti dizel və Aİ-92 markalı benzinin payına düşür. Onların hər ikisi ekologiya üçün yetərincə zərərlidir. Bu üzdən bəzi ölkələrdə, ümumiyyətlə, Aİ-92 markalı benzin istifadə edilmir. Dizelin keyfiyyətinə gəlincə, xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə müstəqil jurnalistlərin araşdırması nəticəsində məlum olmuşdu ki, SOCAR-ın Azərbaycanda satdığı dizelin keyfiyyəti çox aşağıdır və müvafiq standartlardan dəfələrlə geri qalır. Azərbaycan və Gürcüstandan olan müstəqil jurnalistlərin SOCAR-ın Azərbaycandakı və Gürcüstandakı yanacaqdoldurma məntəqələrindən əldə etdikləri dizelin Tbilisidə yerləşən müstəqil laboratoriyadakı analizi üzə çıxarmışdı ki, SOCAR-ın Azərbaycanda satdığı dizelin keyfiyyəti Avropa standartlarından 21 dəfə, Gürcüstanda satdığı dizelin keyfiyyəti isə iki dəfə geri qalır. Burada Azərbaycanda satılan dizelin Avropa standartlarından 21 dəfə geri qalması ilə yanaşı, diqqətçəkən digər bir məqam da eyni şirkətin – SOCAR-ın Gürcüstanda satdığı dizelin Azərbaycanda satılan dizeldən 10 dəfə daha keyfiyyətli olmasıdır. Rəsmi statistikaya görə, Azərbaycanda atmosferə atılan zərərli maddələrin 82 faizi məhz avtomobillərdən qaynaqlanır.

SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Keyfiyyətli benzinə kim nə qədər ödəyir?

Ölkədə Aİ-95 markalı benzinin qiymətinin artmasından sonra bəzi media qurumlarında yayımlanan materiallarda səsləndirilən əsas tezislərdən biri Azərbaycanda benzin qiymətlərinin postsovet ölkələrindən daha ucuz olması idi. Maraqlıdır ki, bu tip müqayisələr yalnız Rusiya, Ukrayna, Belarus və Gürcüstanla aparılır. Amma nəzərə almaq lazımdır ki, bu ölkələrdən təkcə Rusiya önəmli neft-qaz yataqlarına malikdir. Burada isə qiymətlər Azərbaycanla müqayisədə yüksək olsa da, orta aylıq əməkhaqqı Azərbaycandan yüksəkdir. Beləcə, benzinin 1 litrinin qiyməti Azərbaycandan baha olsa da, əhalinin gəlirlərinin tərkibində Azərbaycanla müqayisədə daha az yer tutur. Digər üç ölkədən ikisində -Ukrayna və Gürcüstanda isə Azərbaycanın dövlət neft şirkətinin yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Yəni, həmin ölkələrin özü Azərbaycandan yanacaq idxal edir. Bu baxımdan, Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini digər ölkələrdəki qiymətlərlə müqayisə edərkən həmin ölkələrdə neft-qaz resurslarının olub-olmamasını, eləcə də yanacaq qiymətlərinin orta aylıq əməkhaqqına nisbətini gözdən keçirmək gərəkdir.

Cədvəl: Seçilmiş ölkələrdə Aİ-95 markalı benzinin qiyməti* və onun orta aylıq əməkhaqqına** nisbəti

Ölkə

Orta aylıq əməkhaqqı (manatla)

Aİ-95 markalı benzinin qiyməti

Orta aylıq əməkhaqqına neçə litr Aİ-95 benzini düşür?

Qazaxıstan

1011

0.76

1330.3

Litva

3134

2.58

1214.7

Rusiya

1375

1.17

1175

Estoniya

3078

2.92

1054.1

Belarus

1008

1.4

720.0

Latviya

1861

2.67

697.0

Ukrayna

913

1.92

475.5

Azərbaycan

728,5

1.6

455.3

Gürcüstan

725.5

1.62

447.,8

Ermənistan

723

1.62

446.3

Moldova

870

2.01

432.8

Özbəkistan

425

1.3

326.9

* autotraveler.ru, globalpetrolprices.com

** tradingeconomics.com

XS
SM
MD
LG