Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:46

Ekspert: 'Dövlət tənzimləmirsə niyə hər yerdə həmin benzinin qiyməti eynidir?'


Azərbaycanda yanacaqdoldurma məntəqəsi. sent.2017
Azərbaycanda yanacaqdoldurma məntəqəsi. sent.2017

ABŞ Senatında Azərbaycan rəsmilərinə sanksiyaların gündəmə gəlməsi, Qərblə münasibətlərin hazırkı durumu və benzinin keyfiyyəti bu gün (9 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır…

Müxalifət sanksiya düzəlişinə müsbət yanaşır

Azadlıq.info” saytında “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar vacib addımdır” sərlövhəli yazı dərc edilib.

Buna da bax:​ Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’

Yazıda ABŞ Senatının komitəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqinin gündəmə gəlməsi ilə bağlı Milli Şura sədri Cəmil Həsənlinin düşüncələrinə yer verilib:

Cəmil Həsənli
Cəmil Həsənli

“Nəhayət ki, Amerika Senatı hərəkətə gəldi. Çünki ABŞ dünyada demokratiyanın təminatçısı missiyasını yerinə yetirən bir dövlətdir. Mehman Əliyevin həbsi beynəlxalq aləmi o qədər hiddətləndirdi ki, qısa bir zamanda konqresin müvafiq komitəsi bu işdə əli olan məmurlara sanksiya tətbiq edilməsi ilə bağlı məsələni müzakirə edib, Senata təqdim etdi”.

Buna da bax:​ ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar təklifi verildi

Cəmil Həsənli hesab edir ki, bu bir az gecikmiş olsa da, doğru qərardır:

“Bu gün Azərbaycanda siyasi məhbusların sayı 160 nəfər ətrafındadır. Bu sanksiyalarla Azərbaycan hakimiyyətinə layiq olduğu mövqeyi sərgiləmək lazımdır. Mən hesab edirəm ki, Mehman Əliyevin həbsi ilə bağlı bu sanksiya mexanizminin işə düşməsi mütərəqqi bir addımdır”.

Cəmil Həsənlinin mövqeyinə görə, Mehman Əliyevə vergidən yayınma ilə bağlı ittihamın heç bir əsası yoxdur. O siyasi sifarişlə həbs edilib.

“Azərbaycan ABŞ ilə münasibətlərinə sadiqdir”

Rəsmi “Azərbaycan” qəzetində də ABŞ Azərbaycan münasibətlərinə geniş yer verilib.

Qəzetdə redaksiya adından “ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” sərlövhəli yazı oxumaq olar.

Buna da bax:​ Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]

Yazıda vurğulanır ki, son günlər Qərbin müəyyən dairələrinin Azərbaycana sanksiyalaşdırdığı yeni qarayaxma kampaniyası fonunda ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərin cərəyan etdiyi müşahidə olunur.

"Yuyulmuş pullar".
"Yuyulmuş pullar".

Redaksiya hesab edir ki, sentyabrın 4-də - eyni gündə “The Washington Post” və “The Guardian” nəşrlərində dərc olunmuş iki məqalə yeni hücumdan ötrü siqnal rolunu oynayıb:

“Sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasını tələb etdi. Bunun ardınca isə ermənipərəst senator Richard Durbin 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan düzəlişi Senatın müvafiq komitəsinə təqdim etdi. Həmçinin Devid Kramer də daxil olmaqla Obama dövründən qalma bir qrup “ştatlı tənqidçi” sanksiyaların reallaşdırılması ilə bağlı təbliğat aparmağa başladı”.

Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Yazıda güman edilir ki, bəzi qüvvələr ABŞ-Azərbaycan münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pozmaqdan ötrü hərəkətə keçiblər:

“Etiraf edilməlidir ki, Donald Trump ABŞ Prezidenti seçildikdən sonra B.Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmışdı…”

Redaksiyanın mövqeyinə görə, lakin son hadisələr göstərir ki, rəsmi Vaşinqton Obama dövrünün stereotiplərindən, müxtəlif lobbi qruplarının dövlətin rəsmi siyasətinə güclü təsir rıçaqlarından, hələ də xilas ola bilməyib.

Yazıda ekspertlərə istinadən Azərbaycan ABŞ münasibətlərinin gələcək perspektivlərinə də toxunulur:

"Ekspertlərin rəyinə görə, təcrübə göstərir ki, rəsmi Bakı öz tərəfdaşları ilə münasibətlərində kifayət qədər səmimi olsa da, təzyiq və dominantlıq siyasətini heç vaxt qəbul etməyib. Bu baxımdan, Azərbaycan hakimiyyətinin Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata biləcəyi tam realdır".

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

Yazıda hesab edilir ki, Azərbaycan, ilk növbədə, Qərblə hərbi-geostrateji müstəvidə əməkdaşlığını, antiterror əməliyyatlarında, sülhyaratma missiyasında iştirakını dayandıra və Əfqanıstanda NATO kontingentinin təchizatına imkan yaratmaqdan imtina edə bilər.

Yazınının sonunda da oxuyuruq:

“Azərbaycan ABŞ və Qərb ilə münasibətlərinə sadiqdir və bu əlaqələrin daha da dərinləşdirilməsinin tərəfdarıdır. Ümid etmək olar ki, Donald Trump Administrasiyası Barak Obama dövrünün səhvlərini təkrarlamayacaq və Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışan sorosçu şəbəkəyə və erməni lobbisinə meydan verməyəcək. Bu halda nə sanksiya kimi cəfəng addımlara, nə də cavab tədbirlərinə ehtiyac qalmayacaq”.

Benzin “Avro-8”də olsa belə...

Buna da bax:​ Şikayət: 'Benzinə nəsə qatılır'

Bizim Yol” qəzetində isə “Benzinə nə istəsələr qatırlar, buna da nəzarət edən yoxdur” sərlövhəli yazı diqqət çəkir.

Yazıda benzinin keyfiyyət məsələsi neft sahəsi üzrə ekspert İlham Şabanla müzakirə edilir.

İlham Şaban
İlham Şaban

Yazıda bildirilir ki, son dövrlərdə benzinin bahalaşması ilə yanaşı, onun keyfiyyəti, avtomobilin bakına vurulan yanacağın həcminin azlığı və tərkibində əlavə qatqılar olması kimi şikayətlər də gündəmə gəlib.

Buna da bax: Super benzinin yenidən bahalaşdığı deyilir [yenilənir]

Müəllif vurğulayır ki, amma Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov benzinin bahalaşmasından sonra keyfiyyətilə bağlı onlara çoxsaylı şikayətlərin daxil olmadığını deyib:

“Təbii ki, ara-sıra şikayətlər olur, biz də araşdırırıq. Bu da texniki səhvlərdən irəli gəlir. Bizdə benzinlər “Avro- 4” standartlarına uyğun idxal olunur. Həmin benzini də köhnə istehsal edilən avtomobillərə vurarkən müəyyən problemlər yaradır. Amma bu sahədə real problem yoxdur”.

Amma “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban benzinlə bağlı vəziyyətin çox bərbad olduğunu güman edir:

“Deyirdilər ki, ancaq “Avro -5” standartlarına uyğun benzin idxal olunur, bəs, bu “Avro- 4” hardan peyda oldu? Mən ilk dəfədir eşidirəm ki, ölkəmizə “Avro- 4” standartlarında benzin gətirilir. Bizə 1 manat 30 qəpiyə satdıqları benzin bu idimi?”.

Buna da bax:​ Azər Mehtiyev: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"

Ekspert bir məqama da diqqət çəkib. O, vurğulayıb ki, ölkəyə idxal edilən benzinin bahalaşması onların qiymətini dövlətin tənzimləmədiyi ilə izah edilib.

İlham Şaban isə sual edir:

“Dövlət tərəfindən tənzimlənmədiyi halda bütün yanacaqdoldurma məntəqələrində həmin benzinin qiyməti nədən eynidir?” . Vallah, bu, biabırçılıqdır və sivil dünya belə yanaşmaya çoxdan “yox” deyib”.

XS
SM
MD
LG