Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:31

Prezident koronavirusa qarşı üzərlik yandırılmasını əmr etdi


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov əhalinin üzərlik tüstüsünə verilməsinə dair tədbirlərin keçirilməsini əmr edib.

AzadlıqRadiosunun Türkmən xidməti xəbər verir ki, prezident bu göstərişini dövlət inkişafının prioritetlərinə həsr olunmuş müşavirədə səsləndirib.

Berdymukhammedov deyib ki, üzərlik tüstüsü “gözə görünməyən virusların insan orqanizminə daxil olmasının qarşısını alan səmərəli vasitədir”.

Bu müşavirədə ölkənin səhiyyə naziri Nurmukhammed Amannepesov və baş nazirin əhalinin sağlamlığına cavabdeh olan müavini Purli Agamyradov hesabat veriblər.

Amannepesov Berdymukhammedovun “Türkmənistanın dərman bitkiləri” kitabından sitat gətirərək bildirib ki, yoluxucu xəstəliklərin profilaktikasında xalq təbabətinin metodlarından istifadə etmək zəruridir.

Nazir bunu da deyib ki, otaqların üzərlik tüstüsünə verilməsi, habelə acı istiotdan və başqa bitkilərdən istifadə bakteriyaların məhv edilməsinə kömək edir.

Prezidentin göstərişinə artıq fəal əməl olunur.

BMT-nin bu yaxınlarda Aşqabadda keçirilən konfransında zal və otaqlarda üzərlik yandırılmışdı.

Bu tədbirə qatılanlar əllərini antiseptik yod məhlulu ilə silir, burunlarına isə oksolin məcunu sürtürdülər.

Xəbər verilir ki, məktəblərdə və ictimai müəssisələrdə də üzərlik yandırılır.

Türkmənistan ölkədə COVID19 virusuna yoluxanların olmasına dair rəsmi açıqlama verməyib, lakin AzadlıqRadiosunun mənbələri üç nəfərin karantində saxlandığını bildiriblər.

XS
SM
MD
LG