Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:38

COP29 sona yaxınlaşır, ancaq maliyyə hədəfi məsələsi açıq qalır


COP29-da iqlim maliyyəsi sazişinə sadiq qalmağa çağıran etiraz aksiyası. Bakı.
COP29-da iqlim maliyyəsi sazişinə sadiq qalmağa çağıran etiraz aksiyası. Bakı.

Noyabrın 21-də Bakıda keçirilən COP29 iqlim dəyişikliyi konfransında BMT-nin baş katibi Antonio Quterreş çıxış edib. O, yekun sazişin əldə olunması üçün təkan gərəkdiyini deyib. Baş katib xəbərdarlıq edib ki, danışıqlarda "iflas çıxış yolu deyil".

"Reuters" yazır ki, sammitdə fikir ayrılıqları və narazılıq artıq aşkar görünməyə başlayıb. Belə ki, yeni qlobal maliyyə hədəfi ilə bağlı təklifdə iki fərqli baxış əksini tapıb.

COP29-un əsas hədəfi inkişaf etmiş zəngin ölkələrin daha kasıb ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ayırmalı olduğu maliyyə hədəfini müəyyənləşdirməkdir. Ancaq bu yöndə danışıqlar ləng gedib, sammitin nəzəri olaraq bitməsinə 48 saat qalmış danışıqların mətninin son layihəsi açıqlanıb.

"Reuters" cümə günü bitməli olan sammitin uzanacağının gözlənildiyini yazır.

"İndi əlimizdə olan mətn... balanssızdır, işlək deyil, qəbuledilməzdir", – Avropa İttifaqının iqlim komissarı Vopke Hukstra deyib. O, Azərbaycanı COP29 prezidenti olaraq daha çox liderlik göstərməyə çağırıb.

İnkişaf etməkdə olan ölkələrə bu onilliyin sonunadək iqlim dəyişikliyi ilə mübarizədə azı 1 trilyon dollar gərəkdir. Bunu iqtisadçılar ötən həftə danışıqlar zamanı deyiblər.

Noyabrın 21-də açıqlanmış 10-səhifəlik sənəddə inkişaf etmiş və etməkdə olan ölkələrin tədbirdən öncəki, bir-birinə zidd mövqeləri əks olunub.

COP29-un qonaqları. Prezident Əliyevin çıxışı niyə narazılıqla qarşılandı?
Gözlə

No media source currently available

0:00 0:08:56 0:00

Bir mövqeyə görə, ayrılan vəsaitlər qrant, yaxud onun ekvivalenti formasında olsun, inkişaf etməkdə olan ölkələrin bir-birinə yardımı rəsmən bu hədəf proqramına salınmasın. Bununla Çin kimi böyük potensial donorlara işarə edilir.

Digəri isə daha zəngin ölkələrin mövqeyini təkrarlayır. Məqsəd təkcə inkişaf etmiş ölkələrdən gələn qrantlar deyil, yekun illik hədəfə doğru maliyyə növlərini genişləndirməkdir.

Ancaq heç bir təklifdə ölkələrin hər il yatıracaq investisiya hədəfi göstərilməyib, "X" olaraq işarələnib.

Azərbaycanın COP29-da baş danışıqçısı Yalçın Rəfiyev deyib ki, "indi bütün kartlarınızı masanın üstünə qoymaq vaxtıdır".

Bəzi danışıqçıların fikrincə, açıqlanan təkliflərə ötən il Dubay sammitində verilən vəd də salınmayıb. Ötən il mədən yanacağından uzaqlaşma öhdəliyi götürülmüşdü, bu, əsas məqam kimi təqdim olunmuşdu.

2015-ci ildə imzalanmış Paris Sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirməyi nəzərdə tutub. Ancaq bu il planetin havası 1.3 dərəcə istiləşib.

Azərbaycan iqtisadiyyatı, əsasən, neft-qaz hasilatından asılıdır. Prezident İlham Əliyev COP29-da açılış nitqində ölkəsinin neft-qaz sənayesini tənqid edənləri hədəf alıb, bu resursları "Allahın hədiyyəsi" adlandırıb.

XS
SM
MD
LG