Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:16

Separatçı bölgələrin tanınması üçün Putinə müraciət edildi (Video)


Rusiya Duması Ukrayna separatçılarını tanımağa çağıran qərar qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Rusiya Duması Ukrayna separatçılarını tanımağa çağıran qərar qəbul etdi

Duma qondarma Donetsk və Luqansk “respublikalarının” tanınmasının zəruriliyi barədə prezident Vladimir Putinə müraciət qətnaməsini qəbul edib

Ukrayna parlamenti Verxovna Rada Rusiya Dumasında Ukraynanın Luqansk və Donetsk vilayətlərində qurulmuş qondarma “respublikaların” tanınması üçün Vladimir Putinə müraciətin qəbul olunması ilə bağlı səsvermənin ardınca beynəlxalq birliyi Moskvanın bu aktını tanımamağa çağırıb.

Verxovna Radanın müraciəti BMT-yə, Avropa Komissiyasına, AŞPA-ya, Avropa Parlamentinə, NATO-nun Parlament Assambleyasına, dünya hökumətlərinə və parlamentlərinə ünvanlanıb.

Müraciətdə deyilir ki, Rusiyanın hərkətləri BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizamın pozulması istiqamətində daha bir cəhddir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Rusiyanın qondarma DXR və LXR-i tanıması onun Minksk razılaşmalarından de-jure çıxması sayılacaq.

Putinin xoşuna gəlib

Rusiya Dövlət Dumasının deputatları fevralın 15-də Ukrayna ərazisindəki qondarma separatçı Donetsk və Luqansk “respublikalarının” (DXR və LXR) tanınmasının zəruriliyi barədə prezident Vladimir Putinə müraciət qətnaməsini qəbul ediblər.

Bu baradə Rusiya parlamentinin aşağı palatasının saytında məlumat verilib.

Putin qərarı dərhal şərh edib və deyib ki, deputatlar “cəmiyyətdəki əhval-ruhiyyəni hiss ediblər”.

O əlavə edib ki, Rusiyada “Donbas sakinlərinə” böyük dəstək var.

Səsverməyə eyni vaxtda iki müraciət layihəsi çıxarılmışdı. Bunlardan birini Rusiya Federasiyası Kommunist Partiyasının deputatları, ikincisini isə hakim Vahid Rusiya fraksiyası təklif etmişdi.

Rusiya mediası xəbər verir ki, kommunistlərin qətnamə layihəsinin leyhinə 351, əleyhinə isə 16 deputat səs verib.

Vahid Rusiyanın layihəsi daha az – 310 səs toplayıb.

Beləliklə, Vladimir Putinə kommunistlərin müraciəti göndəriləcək.

Bundan əvvəl Dumanın spikeri Vyaçeslav Volodin demişdi ki, Ukraynanın separatçı bölgələrinin müstəqilliyinin tanınması “çox mühüm və məsuliyyətli” məsələdir.

O bildirmişdi ki, belə bir qərarı mümkün qədər tez qəbul etmək lazımdır:

"Vaşinqton gərginliyi artırır, eyni zamanda Avropa ölkələri ilə birlikdə Ukraynaya silah daşıyır, Kiyev isə Minsk razılaşmalarına məhəl qoymur. Bütün bunlar bizim DXR və LXR-də yaşayan vətəndaş və soydaşlarımızın həyatı üçün risk yaradır”.

Volodin “bizim vətəndaşlarımız” deyərkən Ukraynada 2014-cü ildən bəri Rusiya vətəndaşlığını qəbul edənləri nəzərdə tutub.

Moskva indiyədək separatçı bölgələrdə 700 minədək pasport paylayıb.

Donetskdə separatçıların nəzarətində olan əraziyə giriş nöqtəsi
Donetskdə separatçıların nəzarətində olan əraziyə giriş nöqtəsi

Separatçı ‘respublikaların’ tanınmasına hazırlıq görülür?

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi fevralın 14-də qondarma Donetsk və Luqansk “xalq respublikalarının” (DXR və LXR) tanınması üçün Rusiya prezidentinə müraciətin iki variantını bəyənib.

Bu barədə məlumatı Dumadakı mənbələrə istinadən dövlət TASS xəbər agentliyi yayıb.

Həmin mənbə bildirib ki, qətnamə layihələrindən birini Rusiya Federasiyasiyasının Kommunist Partiyası (RFKP), ikincisini isə sözü gedən komitənin sədrinin birinci müavini və müavini Viktor VodolatskiArtyom Turov təqdim etmişdilər. Onların hər ikisi hakim Vahid Rusiya fraksiyasındandır.

Mənbə bildirib ki, müraciətin ikinci variantında Rusiya prezidentinə bu separatçı bölgələrin müstəqilliklərinin tanınması üçün çağırış edilir.

Lakin bu da qeyd olunur ki, bundan əvvəl belə bir aktın Minsk razılaşmalarına və beynəlxalq müqavilələrə uyğunluğu barədə XİN-lə məsələhətləşmələr aparılması təklif olunur.

İki qərar

Mənbə bildirib ki, qətnamənin iki variantının hər birinə komitənin üç üzvü səs verib.

O bildirib ki, bu məsələ fevralın 14-də Duma Şurasına çıxarılıb və artıq sabah fevralın 15-də sənədlərin müzakirəsinə başlana bilər.

Layihənin müəlliflərindən biri - Viktor Vodolatski TASS agentliyinə deyib ki, əgər Dövlət Duması hakim Vahid Rusiya fraksiyası və kommunistlər tərəfindən təqdim olunmuş qərarları qəbul etsə, sənədlər Rusiya prezidentinin administrasiyasına göndəriləcək.

Onun sözlərinə görə administrasiya sənədləri baş hüquq idarəsinə göndərməlidir.

Oradan isə sənədlər Rusiya Xarici İşlər Nazirliyinə göndəriləcək.

Böyük 7-lər ölkələri Rusiyaya xəbərdarlıq etdi
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Putinin işini asanlaşdırmaq üçün

Deputat izah edib ki, bu qərarlar Donbasın separatçıların nəzarətində olan hissələrinin müstəqilliyinin tanınmasını prezident üçün texniki baxımdan asanlaşdıracaq.

TASS xəbər verir ki, qərar layihəsi artıq Dumanın elektron bazasında qeydiyyatdan keçirilib.

Vodolatski bildirib ki, iki layihədən hansına Dövlət Dumasında daha çox səs verilərsə, prezidentə də o variant göndəriləcək.

Hələ bundan əvvəl yanvarın 19-da RFKP-nin Duma fraksiyası onun lideri Gennadi Zyuqanov başda olmaqla Dumaya “DXR” və “LXR”-in tanınması ricası ilə Rusiya prezidenti Vladimir Putinə müraciətin layihəsini təqdim etmişdi.

Sənəddə deyilirdi ki, qondarma vahidlərin tanınması “mənəvi baxımdan tamamilə əsaslıdır”.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin demişdi ki, Duma Şurası bu layihələri elə fevralın 14-də müzakirə edəcək və sənədlərin Duma debatlarına çıxarılıb-çıxarılmaması barədə qərar qəbul edəcək.

XS
SM
MD
LG