Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:31

Ermənistanda 27 nəfər donuz qripinə yoluxub


►İranda onlarla insan ölüb...

Bu günlərdə Ermənistanda H1N1 donuz qripi virusuna tutulanların sayı 27-yə çatıb.

Bu barədə Ermənistanın səhiyyə naziri Armen Muradyan yanvarın 5-də məlumat verib. O həmçinin deyib ki, bayram günlərində qripin törətdiyi ağırlaşmalardan ölüm halları da qeydə alınıb.

Onun sözlərinə görə, kəskin respirator xəstəliklərə yoluxanların sayı artsa da hələ ki, epidemiya barədə danışmaq tezdir. "Epidemioloji vəziyyət nəzarətdədir," deyə o bildirib.

Nazir bəyan edib ki, xəstəxanalarda bütün zəruri resurslar və dava-dərman var. O, vətəndaşları xəstəliyin əlamətlərini aşkar etdikləri zaman özünümüalicə ilə məşğul olmamağa, həkimə müraciət etməyə çağırıb.

Bununla yanaşı Azadlıq Radiosunun Ermənistan bürosunun müxbiri xəstəxanalarda növbələri müşahidə edib. Vətəndaşlar bayram günlərində bir çox müalicə müəssisələrində bağlı qapılarla rastlaşdıqlarından şikayətləniblər.

Daha əvvəl Səhiyyə nazirliyi kəskin respirator xəstəliklərə tutulma sayının artması ilə əlaqədar poliklinikaları bayram günlərində növbətçilik sistemi qurmağa çağırmışdı. Çərşənbə axşamı günü isə Azadlıq Radiosunun müxbiri Yerevan şəhərində açıq poliklinika tapa bilməyib.

Azərbaycanın qonşularından olan Türkiyədə 2, İranda isə onlarla insan artıq donuz qripindən ölüb.

Azərbaycanda isə, rəsmi məlumata görə, bu xəstəliyə tutulan yoxdu.

Ukraynda futbolun hesabını əvvəlcədən xəbər verən münəccim donuz
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

XS
SM
MD
LG