Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:03

Rusiyada etnik azlıqlar səfərbərliyə etiraz edirlər    


Maxaçqaladakı səfərbərlik məntəqəsində
Maxaçqaladakı səfərbərlik məntəqəsində

Etirazçılar bildirirdilər ki, səfərbərlik qeyri-mütənasib şəkildə, əsasən etnik azlıqların hesabına həyata keçirilir. Onlar belə yanaşmanı “soyqırım” adlandırmışdılar

Rusiya polisi Sibirdəki Tuva regionunda azı 27 qadını saxlayıb və yerli kişilərin Ukraynada döyüşmək üçün səfərbər edilməsinə qarşı keçirilən mitinqi dağıdıb.

Bu mitinqdə onlarla qadın “Səfərbərliyə yox! Soyqırımına yox!” şüarları səsləndirirdilər.

Sentyabrın 29-da Tuvanın paytaxtı Kızıl şəhərinin Arat meydanında keçirilən mitinq polis tərəfindən dərhal dağıdılıb.

Saxlanan qadınlardan biri AzadlıqRadiosuna bildirib ki, polis qadınların şəxsi məlumatlarını qeyd edib və barmaq izlərini götürüb.

Xəbər verilir ki, aksiya dağıdıldıqdan sonra 7 polis maşını meydanda qalıb və daha sonra bura gətirilən xüsusi maşın meydanı su ilə yuyub.

“Soyqırım”

Tuvanın hərbi komissarı Artın Demir-Ool deyib ki, respublika “səfərbərlik kvotasını” yerinə yetirib və Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edəndən bəri “qeyri-müəyyən sayda” tuvalı kişi ordu sıralarına cəlb olunub.

Bu da bildirilir ki, bu adamlar Ukraynada döyüşən 55-ci Motopiyada Briqadasının bazasında yerləşdirilib.

Ötən həftə Rusiyanın Uzaq Şərqində yerləşən Yakutiyada qadınların səfərbərliyə qarşı aksiyası olmuşdu.

Etirazçılar bildirirdilər ki, səfərbərlik qeyri-mütənasib şəkildə, əsasən etnik azlıqların hesabına həyata keçirilir. Onlar belə yanaşmanı “soyqırım” adlandırmışdılar.

Dağıstan müftisinin arvadı

İndiyədək səfərbərliyə qarşı ən böyük etiraz Rusiyanın etnik azlıqlarının yaşadığı Dağıstan Respublikasında keçirilmişdi.

Dağıstan müftisinin arvadı və müşaviri Ayna Qamzatova Rusiya prezidenti Vladimir Putindən Dağıstan sakinləri üçün səfərbərliyin heç olmasa yarım il ləngidilməsini xahiş edib.

Qamzatova deyib ki, bu müddət ərzində çağırışçılar hərbi təlim görə bilərdilər.

Beləliklə də, Dağıstan müftisinin müşaviri respublikadan Ukrayna müharibəsinə hərbi təlim keçməyən gənclərin göndərildiyini etiraf edib.

Qamzatova Putinə müraciətində yazıb ki, Çeçenistan Respublikası kimi Dağıstan da səfərbərlik üzrə planını doldurub:

"Bugün döyüşə heç bir hazırlığı olmayan, döyüş texnikasını bilməyən, hər hansı silahlarla ümumən tanışlığı olmayan gənclər göndərilir”.

Sentyabrın 22-də Çeçenistanın başçısı Ramzan Kadırov demişdi ki, Çeçenistanda heç bir səfərbərlik keçirilməyəcək.

O bunu belə izah etmişdi ki, respublika səfərbərlik planını artıqlaması ilə yerinə yetirib.

Lakin bundan bir neçə gün sonra Kadırovun sözçüsü İlman Vaxidov bildirmişdi ki, belə bir xəbəri “müxalifətin Telegram-kanalları” yayıblar.

Paşinyan: 'Silah üçün 100 milyonlarla dollar ödəmişik, amma göndərmirlər'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

XS
SM
MD
LG