Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:43

Ondan xərçəngin dərmanını tapmağı gözləyirlər


Aziz Sancar
Aziz Sancar

►Həmkəndliləri ondan bu uğuru da gözləyirlər

“Sağ olsun, atam-anam, oxumağımıza böyük əhəmiyyət verirdilər”.

Kimya üzrə Nobel mükafatı alan 69 yaşlı Türkiyə əsilli ABŞ alimi Aziz Sancar belə deyir.

O, bu mükafata isveçli Tomas Lindahl və amerikalı Paul Modrich ilə birlikdə DNT-nin bərpası ilə bağlı apardıqları araşdırmalara görə layiq görülüb.

Onların bu işi canlı hüceyrənin funksiyası, onların necə bərpa olunması, bundan xərçəngin müalicəsində yeni üsullar hazırlanmasında əhəmiyyətli irəliləyişə səbəb olub.

“Biz adətən ölkəmizi tənqid etməyi sevirik. Ancaq bizim ölkəmizdə çox gözəl təhsil var. Məktəbdə, universitetdə təhsil pulsuzdur. Türkiyədə oxuduğum vaxt ordakı təhsil burdakı universitetlərin səviyyəsində idi. Türkiyə bizə çox gözəl təhsil almaq imkanı verib. Buna görə də mən bu mükafata görə ölkəmə, respublika dövrünün başladığı təhsil sisteminə borcluyam”.

Buna da bax: "Gözləyirlər, bina çöksün, altında qalaq?”

Aziz Sancar deyir ki, o, 1974-cü ildə ABŞ-a gələndə Türkiyənin bu günkü imkanları yox idi:

“Ancaq Türkiyə məni hazırlamışdı. Bura gələndə araşdırma apara bilmək səviyyəsindəydim”.

Aziz Sancar
Aziz Sancar

‘Gənclər, ölkənizə qayıdın”

Gənclərə heç yolundan dönməməyi tövsiyə edən Aziz Sancar deyir ki, “xaricdə oxuyun, öyrənin, işləyin. Ancaq mənim kim etməyin, Türkiyəyə qayıdın”:

”BBC sual verdi ki, “siz ərəbsiniz, qismən türksünüz?” Dedim ki, “ərəbcə və kürdcə danışmıram, mən türkəm”.

“Mən qayıda bilməzdim. Ordudan sonra Dəclə Universitetində bir həkimlə görüşdüm. Ordakı imkanlarla tanış oldum. Nəinki Dəclə Universitetində, o vaxt heç Hacettepe Universitetində də istədiyim araşdırmaları həyata keçirə bilməzdim. Ona görə qayıtmadım. Ancaq indi Türkiyə çox dəyişib. Məsləhətim odur ki, bura gəlin, oxuyub-öyrənin, ancaq sonra Türkiyəyə qayıdın”.

Sancar deyir ki, Türkiyədə çox bacarıqlı və istedadlı elm adamları var:

“Türkiyə dövləti elmə böyük sərmayə qoyur. Ona görə ümidliyəm. Gələcək 10 il içində Avropa səviyyəsinə yaxın olacağıq. Amerikada Nobel mükafatı ala biləcək səviyyədə araşdırmalar həyata keçirən insanlarımız var. İnşallah, başqa Nobel mükafatı alanlarımız da olar”.

Buna da bax: «Cavid Hüseynov təşkilatçıdır»

“Mən türkəm”

Bir çox media orqanlarının onunla əlaqə saxlamasından məmnun olduğunu deyən Sancar bəzi suallardan narahat olduğunu da bildirir:

”BBC sual verdi ki, “siz ərəbsiniz, qismən türksünüz?” Dedim ki, “ərəbcə və kürdcə danışmıram, mən türkəm”.

Professorun Nobel mükafatı qazanması doğulduğu Mardinin Savur qəsəbəsində də hamını sevindirib. Qəsəbə sakinləri “qürur mənbəyimiz” adlandırdıqları Sancarı bağırlarına basmaq üçün səbirsizliklə Savurda gözləyirlər.

Kitabları evindədir

Doğulub boya-başa çatdığı evdə kitabları indi də qalır. Yaşıdları deyir, Aziz o qədər dərs oxudu ki, gəncliyini yaşamadı. Deyirlər ki, o, tanınmış elm adamı olsa da, heç vaxt xalqını unutmayıb. Qəsəbədəki şagirdlərin təhsili üçün fond yaradıb.

Qonşusu Hamide Erol deyir:

“Aziz bəyin adını eşidəndə həyəcanlanmamaq mümkün deyil. Mən də daxil olmaqla, yüzlərlə savurlunu evində müalicə etdi, dərdinə dərman oldu”.

Dostlarından Muhsin Ayaz deyir ki, biz gənc vaxtlarında əylənəndə Aziz həmişə çalışırdı:

“O, yuxu bilmədən oxuyurdu. İndi onunla fəxr edirik. Ancaq kaş ki Türkiyə yetişdirdiyi beyinə sahib çıxaydı. Niyə eyni imkanlar Türkiyədə yoxdur?”

Qardaşı Kenan Sancar deyir ki, sonuncu dəfə onunla bir ay əvvəl görüşüb:

“Elmi araşdırmalarla bağlı elə çox danışmadıq. Bir onu dedi ki, adını Nobel mükafatına təqdim ediblər. Deyirdi ki, görək nə olacaq. Onunla fəxr edirəm. Xərçəngin müalicəsi ilə də bağlı bir uğur gözləyirəm. Aziz qısa vaxtda ona da bir çarə tapar”.

XS
SM
MD
LG