Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:05

Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanan var


Fazil Qasımov
Fazil Qasımov

Fazil Qasımov 3 ay 12 gün həbs edilib

Türkiyədə tutularaq Azərbaycana gətirildiyi deyilən Fazil Qasımov haqqında məhkəməyə qədər 3 ay 12 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

"Turan"ın xəbərinə görə, bununla bağlı qərar Nərimanov Rayon Məhkəməsində verilib.

Qasımovun Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama) maddəsi ilə ittiham olunduğu qeyd edilir.

Müxalif siyasətçi Qubad İbadoğlu da eyni maddə ilə ittiham olunur.

Fazil Qasımovun yaxınlarından açıqlama

Fazil Qasımovun qardaşı Nazim Qasımov "Turan" bildirib ki, onu yaşadığı evdən aparıblar: "Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik".

Onun sözlərinə görə, F.Qasımov Azərbaycanda Qafqaz Universitetini bitirib (universitetin fəaliyyəti 2017-ci il yanvarın 16-da dayandırılıb), daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturanı bitirib.

"Bildiyimə görə, o, Mübariz Mənsimovun ("Palmali" gəmiçilik şirkəti – red.) şirkətində işləyib", - N.Qasımov sözlərinə davam edib.

"Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir", – sonda da əlavə edib.

Hələlik, olaya sözügedən şirkətdən də hər hansı münasibət bildirilməyib.

+++

Son günlər sosial şəbəkələrdə Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun işi ilə əlaqədar iqtisadçı Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Avqustun 8-də bu məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək həbs olunaraq istintaqa təhvil verilib.

Məsələyə, hələlik, F.Qasımovun yaxınları və vəkillərindən münasibət almaq mümkün olmayıb.

F.Qasımovun Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq universitetlərində "Beynəlxalq biznes idarəçiliyi" ixtisası üzrə təhsil aldığı bildirilir. Daha sonra onun təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirdiyi deyilir. Azərbaycanda doğulan F.Qasımovun son illər Türkiyədə yaşadığı qeyd edilir.

Qubad İbadoğu İlham Əliyevin sifarişi ilə saxlandığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Xatırlatma

ADR Partiyasının sədri Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Q.İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG