Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:40

Bakıda “Nurcu”lara qarşı reyd keçirilib


Foto arxiv
Foto arxiv

Yasamal rayon 29-cu polis bölməsi və MTN rayon şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı X.Mustafayev küçəsində yaşayan Mübariz Əsədovun evində 85 nəfər saxlanıb.

Onlar “Nurçu” dini cərəyanının tərəfdarı olmaqda günahlandırılırlar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarış vaxtı evdən 3000 nüsxə qadağan olunmuş dini kitab götürülüb.

Az sonra saxlanlar buraxılıb, 2 nəfərin barəsində dini etiqad haqqında qanunvericiliyin pozulması, 5 nəfərin barəsində, dini qurumların yaradılması və fəaliyyəti qaydalarının pozulması maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti onların lideri, Fətullah Güləni dövlət əleyhinə fəaliyyətdə ittiham etdikdən sonra Azərbaycan da da “Nurçu”lara qarşı təqiblər başlanıb.

Bundan sonra Azərbaycanda Fətullah Gülənlə bağlı təhsil müəssisələri ləğv edilib.

XS
SM
MD
LG