Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

Əliyev Qarabağdakı separatçı qurumla bağlı güzəşt şərtlərini açıqlayıb


İlham Əliyev, Laçına köçən sakinlərlə görüşüb, 28 may 2023
İlham Əliyev, Laçına köçən sakinlərlə görüşüb, 28 may 2023

İşğaldan azad olunmuş ərazilərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı separatçı qurumun rəhbərlərinə hansı hallarda güzəşt oluna biləcəyi ilə bağlı fikirlər səsləndirib.

Dövlət başçısı bölgədə (Qarabağ-red.) istənilən əməliyyatı keçirmək imkanının mümkün olduğunu deyib və əlavə edib ki, ona görə “parlament” buraxılmalı, özünü “prezident” adlandıran şəxs təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini kənara qoymalıdırlar.

"Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, -İlham Əliyev bildirib.

Azərtac-ın məlumatına görə, İlham Əliyev bu fikirləri mayın 28-də Laçında rayon sakinlərilə görüşdə deyib.

İlham Əliyev Qarabağda yaşayan erməni əhalinin danışıqlara dəvət olunmasından da danışıb. O, iki dəfə belə dəvətin olduğunu, amma hər iki dəvətdən imtina olunduğunu deyib.

"Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq."- Əliyev vurğulayıb

Prezident “Miatsum” və separatizm kitabının bağlandığını, müstəqillik xülyasının da "statusun dalınca getdi”yini deyib. Əliyev qalan yeganə yolun Azərbaycan qanunlarına tabe olub normal ölkə vətəndaşı olmaqdan keçdiyini vurğulayıb.

Xankəndindəki separatçı qurum bu bəyanata, hələlik, münasibət açıqlamayıb. İndiyədək separatçıların təmsilçiləri rəsmi Bakının reinteqrasiya müzakirələri haqda məlumatlarını təkzib ediblər. Onlar bildiriblər ki, "öz müqəddəratlarının, digər məsələlərin bəbabər səviyyədə tanınmasını" müzakirə etməyə hazırdırlar.

Mayın 14-də Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə keçirilən görüşdə tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Bu barədə həmin görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi açıqlamada deyilir:

"Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq", - açıqlamada deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Xankəndi erməniləri necə oldu ki, silahlandı? Xankəndinin birbaşa Moskvaya tabe olduğu "Volski dönəmi". #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG