Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:13

İpoteka Fondu ilk kreditini verdi


İpoteka Fondu martın 31-də ilk kreditini verib. Kreditin sahibi «Bank Standard»ın müştərisi olub. İpoteka Fondundan verilən məlumata görə, indi Xalqbank, Turanbank və Texnikabankın müştəriləri olan üç gənc ailənin müraciətlərinə baxılır.

İpoteka kreditləri maksimum 12 faizlə 15 illiyinə verilir. Bəzi hökumət üzvləri bu faiz dərəcələrinin yüksək olduğunu desələr də, layihənin müəllifi olan Milli Bank bununla razılaşmır.

DİGƏR XƏBƏRLƏR


- Sovet dövründə banklara qoyulan əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Maliyyə naziri Əvəz Ələkbərov deyib ki, layihəyə prezident administrasiyasında ciddi dəyişikliklər edilməyib.


Hökumət 1992-ci ilin yanvarın 1-ə qədər Əmanət Bankına qoyulan pulları indiki qiymətlərə uyğunlaşdırıb 8 il ərzində qaytarmaq istəyir. Əmanətlərin qaytarılması bu ilin iyulundan başlanacaq. Pulların əvvəlcə kimlərə və hansı nisbətdə qaytarılacağını isə hökumət hələ ki, açıqlamır.


- Azərbaycanda yeni yaradılan Dövlət İnvestisiya Şirkəti qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq. İqtisadi inkişaf naziri Heydər Babayev belə deyib. Şirkətin ilkin kapitalı 90 milyon dollar olacaq. Bu vəsait Dövlət Neft Fondu tərəfindən ödəniləcək və şirkətin mənfəəti də fondun hesabına köçürüləcək.


XS
SM
MD
LG