Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:52

İranda hicab qanunu və ‘yeni metodlar’


Tehranın Azadi meydanında hicabsız qadınlar
Tehranın Azadi meydanında hicabsız qadınlar

İranın əxlaq polisinin sözçüsü bu polis bölümünün missiyasının başa çatdığını, ancaq ölkədə məcburi hicab qanununun tətbiqi üçün yeni metodlara ehtiyac olduğunu deyib.

Əli Xan Mohammadi dekabrın 5-də müsahibəsində söyləyib ki, müxtəlif qurumlar örtük məsələsini yoluna qoymaqdan ötrü müvafiq mexanizmləri nəzərdən keçirirlər.

“Bizim üçün əsas odur ki, bu, şəriət çərçivəsində olsun, eyni zamanda xalqımız qanuna əməl etməlidir ki, dinc mühit yarada bilər”, – Mohammadi “Entexab” vebsaytına müsahibəsində deyib.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Müasir çərçivə

Onun sözlərinə görə, ismət və hicab mövzuları hazırda ölkədə çox populyardır və qərarlar “daha müasir çərçivədə” verilməlidir. O, detallara varmasa da, texnologiyalardan istifadədən danışıb.

Ölkənin baş prokuroru əxlaq polisinin ləğv olunduğunu desə də, bu qüvvələrin taleyi qeyri-müəyyən qalır.

Sentyabrın ortasında 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca ölkəni etirazlar bürüyüb, əhali demokratiya, azadlıq tələb etməyə başlayıb.

İranda əxlaq polisi 2006-cı ildə sərt-xətt tərəfdarı Prezident Mahmud Əhmədinejadın hakimiyyəti dövründə fəaliyyətə başlayıb, qadınların geyim kodeksinə, hicab qaydalarına necə əməl etməsinə nəzarət edib.

Yaşıl uniformalı kişi və qadınlar iddia olunan pozuntulara görə əvvəlcə qadınlara xəbərdarlıq edib, sonra həbslərə başlayıb.

Baş prokuror Mohammad Cəfər Montazeri dekabrın 3-də deyirdi ki, əxlaq polisi “bağlanıb”, parlament və ədliyyə sistemi hicab qanunun dəyişdirilməsi məsələsi üzərində “işləyir”.

Barışdırıcı ton

İran hökuməti etirazlarda 200-dən çox, BMT isə azı 300 nəfərin öldürüldüyünü bildirir. Hökumətin etirazlarla bağlı sərt mövqeyinə baxmayaraq, bəzi rəsmilər daha barışdırıcı tonda danışıblar.

Dekabrın 4-də Təhlükəsizlik nazirinin müavini Məcid Mirəhmədi dövlət televiziyasına deyib ki, etirazların “əsas səbəbi” iqtisadi deyil.

“Bu problemdi, ancaq əsas səbəb deyil. Bu, ədalətsizliyə qarşı etirazdır”, – Mirəhmədi vurğulayıb.

Prezident İbrahim Rəisi isə dekabrın 3-də qeyd edib ki, İranın islami təməli konstitusiyada əks olunub.

“Ancaq konstitusiya icra metodları çevik ola bilər”, – o vurğulayıb.

XS
SM
MD
LG