Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:43

Kiyevə kamikadze dronlarla zərbələr endirilib


Kiyev, 17 oktyabr, 2022-ci il
Kiyev, 17 oktyabr, 2022-ci il

Şahidlər Kiyevdə üç partlayışın olduğunu xəbər verirlər

Prezident Volodimir Zelenski deyib ki, kamikadze dronlarla yeni hücumlar ukraynalıları “sındıra” bilməyəcək.

“Düşmən gecə-gündüz mülki əhalini terrorizə edir. Kamikadze dronlar və raketlər Ukrayna ərazisinə hücuma keçib. Düşmən şəhərlərimizə hücum edə bilər, amma bizi sındıra bilməyəcək”, – o vurğulayıb.

15-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

Mer Vitali Kliçko isə Telegram-da yazıb ki, Kiyevə iki dalğa dron hücumu bir neçə partlayış törədib. Onun sözlərinə görə, bir yaşayış binasından 18 nəfər xilas edilib, amma dağıntılar altında qalanlar var.

Cənubdakı Odessa liman şəhərinin şurasının məlumatına görə, oktyabrın 17-də səhər Rusiya hərbi təyyarələri bu vilayətdə infrastrukturu raketlərlə vurub. İndilik itkilərlə haqda məlumatın olmadığı bildirilir.

+++

Oktyabrın 17-də səhər Ukraynanın paytaxtı Kiyevə və cənubi Dnepropetrovsk vilayətində hava zərbələri endirilib. Şərqi Donbas regionunda isə Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər getdiyi bildirilir.

Bir həftə öncə Rusiyanın Ukrayna ərazisinə raket zərbələrində azı 19 nəfər həlak olub.

Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak Telegram-da yazıb ki, Kiyevı kamikadze dronları ilə zərbələr endirilir.

“Rusiyalıları düşünürlər ki, bunun onlara köməyi dəyəcək”, – Yermak bildirib.

Rusiya son bir neçə həftədə kamikadze dronlardan şəhər mərkəzlərinə, infrastruktura, elektrik stahnsiyalarına zərbələrdə istifadə edir.

Cermux sakini:"Azərbaycan hərbçiləri şəhərin ətrafındadır"
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Sakinləri sığınacaqlarda qalmağa çağırırlar

Mer Vitali Kliçko Telegram-da yazıb ki, Kiyevdə bir neçə partlayış baş verib. Şahidlər üç partlayışın olduğunu xəbər verirlər.

“Bütün xidmətlər hazırda hadisə yerinə gedir. Detallar daha sonra açıqlanacaq. Hava həyəcanı siqnalları davam edir. Sığınacaqlarda qalın!” – Kliçko yazıb.

Onun sözlərinə görə, partlayışlar qeyri-yaşayış binasının yaxınlığında yanğına səbəb olub, bir neçə mərtəbə dağılıb. İtkilər barədə məlumat yoxdur.

Dnepropetrovsk vilayətinə ötən gecə raket zərbəsindən sonra enerji obyekti yanıb. Yerli rəsmi havadan müdafiə qüvvələrinin üç raketi vurduğunu bildirib.

Rusiya oktyabrın 10-da Kiyevə və digər şəhərlərə zərbələr endirib. Azı 19 nəfər həlak olub, 105 nəfər yaralanıb.

Soledar və Baxmut

Kiyevin dronlarla vurulduğu müddətdə şərqi Donetsk və Luhansk və cənubda Xerson vilayətlərində ağır döyüşlər gedir. Rusiya ötən ay bu üç vilayətin və Zaporojyenin ilhaqını elan edib, Kiyev və Qərb isə bu addımı qanunsuz adlandırıb.

“Hazırda Donbasda qaynar nöqtələr Soledar və Baxmut şəhərləridir. Orada çox ağır döyüşlər gedir”, – Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə müraciətində deyib.

Baxmut yaydan bəri Rusiya qüvvələrinin hədəfindədir. Soledar Baxmutdan şimalda yerləşir.

Zelenski çıxışında onu da deyib ki, Moskva fevralın 24-də işğala başlayandan 65 min rusiyalı əsgər həlak olub. Rusiya isə sentyabrın 21-də 6 min nəfərə yaxın itkini rəsmən açıqlayıb.

Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 16-da Ukrayna əsgərlərinin Donetsk, Xerson və Nikolayev vilayətlərində irəliləmə cəhdlərini dəf etdiklərini açıqlayıb. Rusiya həmçinin Ukraynada hərbi və enerji hədəflərinə havadan zərbələrin davam etdiyini bildirib.

Aİ-nin xarici işlər nazirləri oktyabrın 17-də Luksemburqda Ukraynaya hərbi dəstəyi gücləndirməklə bağlı açıqlama verəcəklər. 15 minədək Ukrayna əsgərinə təlim missiyası başlanacaq, Kiyevə 500 milyon avroluq (487 milyon dollar) əlavə silah veriləcək.

XS
SM
MD
LG