Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Leyla və Arif Yunuslar yenidən məhkəmə qarşısında


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar martın 4-də yenidən məhkəmə qarşısına çıxıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə onların apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bu məhkəmə işi Leyla və Arif Yunusların ölkədən çıxışlarına icazə verilməməsiylə bağlıdır. Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, onların ölkəni tərk etmələrinə yasaq qoyulub. Yunuslar təcili müayinə və müalicəyə ehtiyacları olduğunu bildirərək, xaricə getmələrinə icazə verilməsi üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə bu iddianı təmin etməyib. Apellyasiya şikayəti də həmin qətnamədən verilib.

Diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi ilkin baxış iclasında hüquq müdafiəçilərinin anket məlumatları dəqiqləşdirib. Vəkil Elçin Sadıqov işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.

Məhkəmə baxışı martın 11-nə təyin olunub.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidənyayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.

XS
SM
MD
LG