Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:10

Manatın ucuzlaşması hansı ölkəyə təsir edə bilər


►Bu, regionun əsas valyutalarına da təsir göstərəcək

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı üzən məzənnə rejiminə keçəndən və dolların məzənnəsi 47 faizdən çox artandan sonra (1 dollar = 1 manat 55 qəpik) bu durumun regiondakı digər valyutalara təsiri maraq doğurur.

“Manatın dollara nisbətdə ucuzlaşması regionun əsas valyutalarına mənfi təsir edəcək”, - “Renaissance Capital” investisiya fondundan Oleq Kuzmin belə deyir (BBC).

O, daha sonra fikrini belə yekunlaşdırır:

“Ancaq manatın rus rubluna təsiri gözlənilmir, çünki zəif rubl aşağı neft qiymətləri ilə birgə Azərbaycan valyutasının hərəkətinin təsiredici qüvvəsi olub".

İqtisadçı ekspert Elxan Mikayılov deyir ki, devalvasiya Azərbaycanın başlıca ixrac tərəfdaşlarına təsir edə bilər:

“Amma ciddi təsiri olmayacaq. Azərbaycandan ixrac edilən məhsullar dollarla ifadədə həmin ölkələrin idxal balansına müsbət təsir göstərəcək. Yəni o ölkələrə neftdənkənar sektorun məhsulları daha ucuz başa gələcək və bu, onların tədiyyə balansına müsbət təsir edəcək. Ancaq dediyim kimi, neftdənkənar məhsullar cüzi olduğundan, bu, elə də hiss edilməyəcək”.

Buna da bax: Neft Fondunun payçı olduğu banka ABŞ-dan sanksiya

Ekspert mümkün mənfi təsiri belə səciyyələndirir:

“Azərbaycan məhsullarının rəqabət qabiliyyəti artacaq. Bu, ixracda daha rəqabətədavamlı olmaq üçün qonşu ölkələri devalvasiya dərəcəsini yüksəltməyə məcbur edə bilər. Ancaq bütün bunlar nəzəri baxımından belədir”.

Elxan Mikayılov, miqyaslı olmasa da, daha bir təsirə diqqət çəkir:

“Bir də bir mənfi təsiri o ola bilər ki, digər ölkələrdə manatı olanlar, məsələn, valyutadəyişmə məntələqələri zərər görər. Gürcüstanda belə məntəqələr çoxdur”.

XS
SM
MD
LG