Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 08:35

Nazir «Formula 1» və İslam Oyunları haqda danışır


Patrick Hickey (solda) Azad Rahimov Avropa Oyunları zamanı
Patrick Hickey (solda) Azad Rahimov Avropa Oyunları zamanı

-

«Manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək».

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb, büdcədə hər hansı dəyişiklik gözlənilmir.

Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər: «Narahatlığa əsas yoxdur».

2016-cı ildə Bakıda keçiriləcək «Formula 1» yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat xərclənməsi nəzərdə tutulub.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG