Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Manatın ucuzlaşmasından AZAL qazanacaq


►AZAL rəqiblərinə üstün gələcək

Devalvasiyanın birbaşa təsiri kimi dekabrın 22-dən aviaşirkətlərin xidmətlərindən istifadə edən şəxslər bilet alışına daha çox pul xərcləməyə başlayıb.

Digər aviaşirkətlər kimi, “Azərbaycan Hava Yolları” QSC (AZAL) da ölkə daxilində aviabiletləri manatla satsalar da, baza qiyməti kimi avro ilə hesablayırlar. Nəticədə qiymət manatın avroya nisbətən dəyərdən düşdüyü qədər qalxıb.

Aviaşirkətin sözçüsü Paşa Kəsəmənski AzadlıqRadiosuna deyib ki, beynəlxalq istiqamətlər üzrə uçuşlara görə biletlərin qiyməti IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) şərtlərinə əsasən, 2006-cı ildən bəri Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödənilir. Hazırda da vəziyyət bu cürdür. O, manat ifadəsilə qiymətlərin kəskin artımını cilvlamaq üçün onlara yenidən baxılmasının gündəmdə olub-olmaması haqda məlumatsız olduğubu deyib.

Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb.

Buna da bax: Qiyməti qalxacaq mallar- [Siyahı]

AZAL-ın qazancı artacaq

Manatın 48 faiz dəyər itirməsi hava nəqliyyatından istifadə edənlərin xərclərini mütənasib qaydada artırıb. Əvəzində AZAL manat ifadəsində bir o qədər qazana bilər. Təbii ki, biletlərin bahalaşması xarici səfərlərdə hava nəqliyyatından istifadə edənlərin sayına təsisziz ötüşməyəcəksə.

Ekspertlər bildirirlər ki, digər sahələrədə olduğu kimi hava nəqliyyatı sahəsində də dövlər aviaşirkətinin – AZAL-ın hökmran mövqeyinə son qoyulmalı, bazara eyni istiqamətlərdə uçuşlar yerinə yetirən və ucuz qiymətlər təklif edən aviadaşıyıcılar buraxılmalıdır.

İnhisara son

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə hesab edir ki, avronun manata nəzərən kəskin dəyər qazanması aviasiya xidmətlərindən yararlanan həm adi sərnişinlərə, həm də dövlər və özəl şirkətlərin nümayəndələrinin xərclərinə təsirsiz ötüşməyəcək. Bu, həm də icgüzar fəallığa da mənfi təsir edə bilər:

“İlk addım olaraq aviasiya bazarının tam liberallaşdırılmasını, buraya Azərbaycana və Azərbaycandan sərnişin daşımaq arzusunda olan bütün şirkətlər buraxılmalıdır”. Rəqabət şəraiti AZAL-a qiymətləri daha çevik idarə etməyi öyrədəcək”.

Yerli məsləhət şirkəti olan “ARK Business Solutions” MMC-nin təmsilçisi Xəyal Məmmədxanlı yeni iqtisadi situasiyanın AZAL üçün imtahan olduğunu deyir. “Azərbaycanda işləyən bütün aviaşirkətlər kimi AZAL da avro ilə bilet satır. Şirkət ölkədən kənarda xərclərini (aeroport yığımları, aviasiya kerosini alışı və s.) xarici valyutalarda qarşılayır. Amma burası da var ki, işçiləri ilə manatla hesablaşır, digər zəruri ödəmələrini də milli valyutada həyata keçirir. Məsələyə bu tərəfdən baxdıqda AZAL-ın qiymətlərə yenidən baxmaq üçün ehtiyatlarının olduğunu görmək olar”. Mütəxəssis belə düşünür.

Bu ilin 11 ayında Azərbaycanın yerli aviaşirkətləri tərəfindən 1,7 milyon sərnişin daşınıb və bunun 99,6 faizi nəfər “Azərbaycan Hava Yolları” QSC-nin payına düşür. Səfərlərdə təyyarədən sitifadə edənlərin sayı 7,4% artıb.

XS
SM
MD
LG