Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:50

Pezeşkian ölkə prezidenti kimi and içdi 


Məsud Pezeşkian
Məsud Pezeşkian

Məsud Pezeşkian bu ayın əvvəllərində İranda keçirilən seçkidə qalib gəldikdən sonra iyulun 30-da ölkənin yeni prezidenti kimi and içib.

Onun hakimiyyətinə idarəçilik səriştəsizliyi və sanksiyalar üzündən bərbad olan iqtisadiyyat, habelə təməl azadlıqlarını tələb etmək üçün küçələrə çıxmağa hazır olan cəmiyyət miras qalıb.

Pezeşkian parlamentdən dövlət televiziyası ilə translyasiya edilən mərasimdə and içib:

"Mən bir prezident kimi Müqəddəs Quran və İran xalqı qarşısında Allaha and içərək deyirəm ki, rəsmi dinin və İslam respublikası sisteminin və ölkə konstitusiyasının gözətçisi olacağam”.

İyulun 28-də İranın Ali dini lideri Ayətüllah Əli Xameneyi Pezeşkianı rəsmən bu vəzifəyə təsdiqləyib, ona İranın qonşuları ilə əlaqələri gücləndirmək göstərişi verib. Yeni prezident bundan öncə Qərblə danışıqlara açıq olduğunu bildirmişdi.

69 yaşlı mötədil islahatçı, keçmiş ürək cərrahı Pezeşkian iyulun 5-də seçkinin ikinci turunda ultra-mühafizəkar Səid Cəlilini 54 faiz səslə məğlub edib. Cəlili 44 faizdən azacıq çox səs yığıb.

Sərt-xətt tərəfdarı prezident İbrahim Rəisi mayda vertolyot qəzasında həlak olandan sonra növbədənkənar seçki çağrılıb. İyunun 28-də birinci turda seçicilərin 39 faizi iştirak edib. Bu, islam respublikası tarixində prezident seçkisi üçün rekord az göstərici idi. İkinci turda seçici iştirakçılığı 49 faizə yaxın olub.

Xameneyi təsdiq fərmanında Pezeşkianı “müdrik, vicdanlı, populyar və elmli” biri kimi təsvir edib.

Fundamental dəyişiklik olacaqmı

Birləşmiş Ştatlar seçkinin nəticəsini nəzərə alsa da, İran seçkilərin azad və ədalətli keçirilmədiyini qeyd edib.

“Nəticədə iranlıların əhəmiyyətli hissəsi seçkiyə heç getməməyi seçdi”, -- Dövlət Departamentinin sözçüsü iyulun 7-də AzadlıqRadiosunun Radio Fərda fars xidmətinə deyib.

Məsud Pezeşkian İranda məcburi hicab qaydasını tənqid etsə də, Xameneinin siyasətini dəstəkləyib.

“Bu seçkilərin İranın siyasətində, vətəndaşlarının insan haqlarına daha artıq sayqı göstərilməsində fundamental dəyişikliyə səbəb olacağını gözləmirik. Namizədlərin özlərinin dediyi kimi, İran siyasətini ali dini lider təyin edir.

Seçkinin Vaşinqtonun İrana yanaşmasına da əhəmiyyətli təsiri olmayacaq. Biz İranın davranışının dəyişməməsi sarıdan narahatıq. Biz həmçinin Amerikanın maraqlarını irəli aparan diplomatiyaya sadiq qalırıq”, -- sözçü bildirib.

Nüvə sazişi

Birləşmiş Ştatlar 2018-ci ildə Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb. Həmin saziş dünya güclərinin Tehranın nüvə proqramını məhdudlaşdırması qarşılığında beynəlxalq iqtisadi sanksiyaları yüngülləşdirməsi ilə nəticələnmişdi.

Vaşinqton Tehranın paktın ruhunu pozduğunu, regionda ekstremistlərə dəstək göstərdiyini əsas gətirərək İran iqtisadiyyatına və neft sektorlarına sanksiyaları bərpa edib. İran ittihamları rədd edib.

İran da öz növbəsində öhdəliklərin icrasını məhdudlaşdırıb, nüvə proqramını genişləndirib.

XS
SM
MD
LG