Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:48

Saakashvili Ukraynanın baş naziri ola bilər


Mikheil Saakashvili
Mikheil Saakashvili

Sentyabrın 3-dən Ukrayna prezidenti Petro Poroshenkonun rəsmi saytında keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin baş nazir təyin edilməsi ilə bağlı imza kampaniyasına başlanıb.

Müəlliflərin fikrincə, Odessa vilayətinin indiki qubernatoru Saakashvili korrupsiya ilə mübarizə də daxil olmaqla Ukraynada islahatlar apara bilər.

Bu barədə Ukrayna mediası xəbər yayıb.

Ukrayna qanunlarına görə, elektron imza kampaniyasına prezident, parlament və ya hökumətin baxması üçün 3 ay ərzində azı 25 min imza toplanılmalıdır. İmza toplanmasına başlanmasından sonra bir gün ərzində ona 800-ə yaxın adam ona səs verib.

Preidentin saytında imza toplanması kampaniyasına Vyacheslav Kancharsky-nin təşəbbüsü ilə başlanıb.

XS
SM
MD
LG