Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:56

Aşağı sinif şagirdləri ən çox oxuduğunu açıqlamaqda və öyrəndiyinin tətbiqində çətinlik çəkirlər


Əmrullayevin uğursuz 'inqilab'ı: Təhsil 'mafiya dövləti'ni yaradır?
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Əmrullayevin uğursuz 'inqilab'ı: Təhsil 'mafiya dövləti'ni yaradır?

Elm və Təhsil Nazirliyi 2022-2023-cü təhsil ilinə dair hesabatını yayımlayıb. Hesabatda 4-cü sinif şagirdləri arasında keçirilən monitorinqin nəticələri də açıqlanıb. Bildirilir ki, 4-cü siniflərdə monitorinq sınaqları aparılmasının başlıca məqsədi ibtidai sinifləri bitirmiş şagirdlərin təməl biliyinin yoxlanılması, şagird uğurlarının yaxşılaşdırılmasıdır. İbtidai sinfin sonunda, uyğun standartlara dayanaraq, şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin müəyyənləşdirilməli və ilkin təhsilin keyfiyyətcə artırılması yönündə tədbirlərin görülməlidir. Təbiidir ki, şagirdlərin yuxarı siniflərdəki uğurları birbaşa ibtidai siniflərdə öyrədilənlərin mənimsənilmə səviyyəsindən asılıdır.

Monitorinq ölkədə 4-cü sinifdə oxuyan 152 min şagird arasında aparılıb. Şagirdlər tədris dili və riyaziyyat imtahanında hərəsində 30 sual olmaqla toplam 60 sualı cavablandırıblar. Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə görə, şagirdlər imtahandan ortalama 33.3 bal toplayıblar. Bu o deməkdir ki, 4-cü siniflər test suallarının 56 faizini doğru cavablayıb. Başqa deyimlə də, az qala, hər iki sualdan birini cavablaya bilməyib. İmtahana qatılan qız şagirdlərin orta balı (34.8 bal) oğlan şagirdlərdən (31.8 bal) daha yüksək olub.

Azərbaycanda şagirdlərin imtahan nəticələri uzun illərdir istər ölkəiçi, istərsə beynəlxalq qiymətləndirmələrdə ürəkaçan deyil. Son illər hökumət nümayəndələri təhsil sahəsində ciddi islahatların aparıldığını və indiki problemlərin öncəki dövrdən qaynaqlandığını bildirirlər. Ancaq hətta 4-cü sinif şagirdləri arasında keçirilən imtahanlarda da nəticələrin yetərsizliyi son illər gerçəkləşdirilən təhsil siyasətinin də aşağı nəticələrə ciddi təsir göstərmədiyini ortaya çıxarır.

Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Şagirdlərin ən zəif yanları

Bir məqam da var: Təhsil Nazirliyi 4-cü sinif şagirdləri arasındakı monitorinq imtahanlarını ənənəvi qaydada - sadəcə biliyin ölçülməsi və qiymətləndirilməsi məqsədi ilə deyil, şagirdlərin çağdaş bilik, bacarıq və səriştələrini ölçmək məqsədi ilə hazırlayıb. İmtahan vasitəsi ilə şagirdlərin təhlil, nəticəçıxarma, anlama, şərhetmə, dəyərləndirmə, bilik, tətbiqetmə, əsaslandırma kimi özəllikləri ölçülüb.

Sadalanan istiqamətlərdə nəticələrin analizi göstərir ki, ana dili üzrə şagirdlər "şərhetmə və dəyərləndirmə"də ən zəif nəticə göstəriblər (46.8 faiz).

4-cü sinif şagirdləri arasında zəif nəticə qeydə alınan digər bir istiqamət də ana dilində "anlama"dır. Bu istiqamət üzrə şagirdlərin nəticəsi cəmi 58.2 faiz olub. "Filoloji təhlil" (61.5 faiz) və nəticəçıxarma (61.6 faiz) istiqamətlərində isə şagirdlərin nəticələri nisbətən yüksəkdir.

Şagirdlərin riyaziyyatdan imtahan nəticələri "bilik", "tətbiqetmə" və "əsaslandırma və təhlil" istiqamətləri üzrə ələ alınıb. Bu üç istiqamətdə şagirdlərin ən zəif nəticə göstərdiyi sahə "tətbiqetmə" olub (44.1 faiz). "Əsaslandırma və təhlil" üzrə 59.8 faizlik, "bilik" istiqaməti üzrə 60.3 faizlik nəticə qeydə alınıb.

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Ən yaxşı və ən zəif nəticə göstərən yerlər

İmtahan nəticələrini bölgələrə görə gözdən keçirdikdə bəlli olur ki, ana dili üzrə ən yüksək orta göstərici Bakı şəhər Təhsil İdarəsinə daxil olan məktəblərdə qeydə alınıb - 63 bal. Abşeron-Xızı Regional Təhsil İdarəsinə (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) daxil olan məktəblərdə riyaziyyat üzrə orta bal daha yüksəkdir – 57.3 bal. Ən aşağı nəticələrsə ana dili üzrə Lənkəran-Astara və Mil-Muğan Regional Təhsil İdarələrinə daxil olan məktəblərdə (hər ikisində 48.5 bal), riyaziyyat üzrə də Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olan məktəblərdə (43.7 bal) qeydə alınıb. Ana dilindən ölkə üzrə ən yaxşı və ən pis nəticə göstərən ərazilərin nəticələri arasında 30 faizə yaxın fərq diqqət çəkib.

Təhsil Nazirliyi 4-cü sinif şagirdləri arasındakı imtahan nəticələrinə əsasən, ayrı-ayrı rayon və şəhərlər üzrə də reytinq siyahısı hazırlayıb. Həmin nəticələrdən bəlli olur ki, özəl məktəblərin və dövlətə məxsus liseylərin nəticələri daha yüksəkdir. Bu təhsil ocaqları nəzərə alınmasa, ölkə üzrə ən yaxşı nəticələrin qeydə alındığı ilk beş rayon və şəhər Sumqayıt, Naftalan, Oğuz, Qazax və Bakıdır. Ən zəif nəticələrin qeydə alındığı yerlərsə Daşkəsən, Masallı, Gədəbəy, Kürdəmir və Saatlı olub.

XS
SM
MD
LG