Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:45

Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir - [Araşdırma]


Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

►İş dayanıb, işçilər maaş almır...

Bu araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Jurnalistika Layihəsi (OCCRP) aparıb.

Mayın 25-də Ali Məhkəmənin qərarı ilə jurnalist Xədicə İsmayılovanın şərti azadlığa buraxıldığı ərəfədə prezident İlham Əliyev qızıl mədənləri ilə bağlı yeni sərəncam verib.

*Youtube Kanalımıza abunə ol - Yeni videoları bizdən izlə

Sərəncamda "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycanın 6 qızıl və filiz yataqlarındakı payları alması tapşırılır.

Söhbət 2012-ci ildə Xədicə İsmayılovanın, həbsindən sonra isə həmkarlarının prezident ailəsinin 56 faiz payçı olduğu qızıl yataqları ilə bağlı apardığı araşdırmadan gedir.

Prezidentin yeni sərəncamı birinci ailənin yardımına çatacaq kimi görünür.

Belə ki, 2014-cü ildən bəri şirkət işini dayandırıb.

İşçilər azı 2 ildi maaşlarını ala bilmirdi, dövlətə ödənməli olan 2 milyon dollar bonus isə ödənməmişdi. (ardı aşağıda)

Qızıl çıxaranlar pullarını istəyir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Sərəncamda deyilir ki, podratçıların onlara məxsus payı satmaq haqda niyyətləri,beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq payların "AzerGold"un alması qərara alınıb.

Prezident altı qızıl yatağını öz ailəsinin nəzarət etdiyi konsorsiuma 2006-cı ilin dekabrında verib. Müqavilə 2007-ci ilin iyununda Milli Məclisdə təsdiqlənib. Halbuki, deputatlar şikayətlənirdilər ki, konsorsiumun sahibləri haqda məlumatlar şəffaf deyil və tender keçirilməyib və bu şirkətlərin mədən işi ilə bağlı təcrübəsi yoxdur.

Həmin şirkətlərdən biri Böyük Britaniyada, üçü isə offshore ərazilərdə qeydiyyatdan keçib. Globex International LLP, Londex Resources S.A., Willy & Meyris S.A. və Fargate Mining Corporation.-dır. İlk iki şirkət prezident qızlarına məxsusdur. Razılaşmaya görə,Londex Resources S.A. əsas aparıcı şirkət kimi hökumətlə danışıqlara məsul olub.

____________________________________________________________

Bunlara da bax:
Oğuzda ayı uşaq bağçasına hücum çəkib
“Qarabağ"lılara qarşı bibər qazı?

____________________________________________________________

OCCRP-nin yeni yazısında qeyd olunur ki, ölkə iqtisadi tənəzzül yaşadığı bir dövrdə birinci ailənin iflasa uğramış cəhdləri Azərbaycanın dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

İlham Əliyev İqtisadi İnkişaf, Maliyyə Nazirliklərinə və Mərkəzi Banka tapşırıb ki, maliyyələşmə və satınalma ilə bağlı bütün sənədləri hazırlayıb, 2 ay müddətində ona təqdim etsinlər.

OCCRP –nin əldə etdiyi sənədlər göstərir ki, prezidentin qızlarına məxsus Londex Resources S.A. mədən biznesini yaratmaq üçün 230 milyon dollar xərcləyib.

Hasilat 6 qızıl yatağından birində - Azərbaycanın qərbindəki Çovdar qızıl yatağında aparılıb və konsorsium 30 milyon dollarlıq qızıl hasil edib.

2014-ci ilin aprelində isə işləri qəfildən dayandırıb və 300 dən çox işçini ümidsiz vəziyyətdə buraxıb. İşçilər o vaxtdan əmək haqlarını ala bilmirlər.

Bir ay öncə OCCRP-nin yeni araşdırması sübut etdi ki, şirkət qızıllarını dünya bazarında sata bilmir, işləri də ona görə dayandırıb. (Ardı aşağıda)

«Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?»

'Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?'
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Elə 2014-cü ili iyunun 24-də həmin vaxt konsorsiumun baş icraçı məmuru olmuş Arda Arkun işçilərə email yazıb bildirir ki, pul ehtiyatlarına çıxışı olmadığı üçün əmək haqlarını ödəyə bilmir.

Arkun email–də yazır ki, tezliklə maliyyə əldə edəcəklərinə və qızıl istehsalını bərpa edəcəklərinə ümid edir.

“Biz intensiv şəkildə maliyyə axtarışındayıq. Şirkətin tezliklə əməliyyatlara başlayacağına ümid edirik. Biz qızılımızı satmaq üçün müxtəlif qızıl emalçıları ilə danışlar aparırıq. Ümid edirik ki, Çovdar yatağında əməliyyatları bərpa edə biləcəyik”.

Bu məktubdan sonra işçilər bir daha bu şirkət haqqında eşitməyiblər. Onların müxtəlif dövlət qurumlarına müraciətləri isə nəticəsiz qalıb. Son çıxış yolunu məhkəməyə müraciətdə görüblər.

Onlar 2016-cı ilin əvvəlində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla da görüşüblər. Nazir onlara bildirib ki, şirkət öz paylarını satmaq istəyir, yeni alıcı tapılandan sonra onların ödənməmiş əməkhaqları ödənəcək. İşlər isə bərpa olunacaq.

Görünür, yeni alıcı səhmləri dövlətə aid AzerGold QSC imiş.

AzerGold 2015-ci ilin fevralın prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Buna da bax: Əliyevlər "Panama Papers"də... (detallar, video)

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

XS
SM
MD
LG