Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:47

Dünya boyunca Navalnının xatirəsinə aksiyalar keçirilir – Moskvada, Tbilisdə, Yerevanda...


Barselonada Navalnının xatirəsi üçün yürüş
Barselonada Navalnının xatirəsi üçün yürüş

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Rusiyanın və dünyanın müxtəlif şəhərlərində müxalifət siyasətçisi Aleksey Navalnının xatirə aksiyaları keçirilir.

Onun koloniyada ölümü xəbərini Rusiya penitensiar xidməti yayıb.

Bu xəbər yayılandan dərhal sonra Rusiyanın bir çox şəhərlərində yerli sakinlər siyasi repressiya qurbanlarının abidələrinə çiçək dəstələri gətirməyə başlayıblar.

Bu da xəbər verilir ki, Ulyanovsk, Novosibirsk, Vyatka, Tomsk, Kazan, İjevsk, Pskov, Perm, Tver və Belqorod şəhərlərində kortəbii olaraq xatirə guşələri yaradılır.

Novosibirskə bir qadın təkadamlıq piketə “Növbəti kimdir?” plakatı ilə çıxmışdı. Polislər ondan bunu niyə etdiyini soruşsalar da, qadını saxlamayıblar.

Daha bir qadın piketə Murmansk şəhərində çıxıb. Onun əlindəki plakatda “Sənin əllərində qan var, Vova” yazılmışdı. Onun saxlandğı xəbər verilir.

Sankt Peterburqda gül-çiçək və şamlar Troitsk meydanındakı “Solovetski daşı” memorialında və Voskresenski sahilində repressiya qurbanları abidəsinin ətrafında görünməyə başlayıb.

Moskvada da admalar “Solovetski daşı” abidəsinə gül-çiçək dəstələri aparırlar. Moskvanın Maryino mikrorayonunda, Navalnının həbsinə qədər yaşadığı evin yaxınlığında kortəbii memorial yaranıb. Burada polis keşik çəkir.

Xəbər verilir ki, Moskvada “Qüssə divarı”nın yaxınlığında piketçi qadın saxlanıb. Daha sonra isə əlindəki plakatda “Qatil” yazılmış yeniyetməni saxlayıblar.

Bu arada Moskva prokurorluğu adamlara “kütləvi aksiyalara” çağırışlar edilməməsinə dair xəbərdarlıq edib.

Hərçənd sosial şəbəkələrdə belə çağırışlar gözə dəymir. Adamlar xatirə məkanlarına özləri, heç bir çağırışsız gəlirlər.

Serbiyada aksiya
Serbiyada aksiya

Yerli teleqram kanallarının məlumatına görə Novosibirskdə polis xatirə abidəsini guya bomba təhlükəsinə görə dövrəyə alıb.

Tomskda da polislər “Qüssə daşı” abidəsinə gəliblər. Ulyanovskda mülki geymli şəxslər abidəyə qoyulan gül dəstələrini dərhal yığışdırır, amma onları gətirənlərin şəkillərini çəkirlər.

Nijnı Novqoroda polis jurnalist İrina Slavinanın özünü yandırdığı yerə toplaşanlardan 11 nəfərini saxlayıb.

Dünyanın bir çox ölkələrində rusdilli diasporalar Navalnının xatirəsinə mitinq keçirəcəklərini elan ediblər.

“Kovçeq” təşkilatı 20-yə yaxın belə ölkənin siyahısını dərc edib.

Aksiyalar əsasən bu ölkələrdəki Rusiya səfirliklərinin yaxınlığında keçirilir.

Tbilisidə fəallar Rusiyanın Gürcüstandakı maraqlarını təmsil edən İsveçrə səfirliyinin qarşısına toplaşıblar.

“Novoya qazeta – Yevropa” xəbər verir ki, Yerevanda etiraz edənləri Rusiya səfirliyinin yaxınlığına buraxmırlar.

Sota saytı xəbər verir ki, Minskdə polis Rusiya səfirliyinin qarşısına çiçək qoyanlardan bir nəfəri - ləğv edilmiş Yaşıllar partiyasının lideri Dmitri Kuçuku saxlayıb.

XS
SM
MD
LG