Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:58

Neftin qiyməti yenidən "fontan vura" bilər


►İran bazara gözlənildiyindən az neft çıxarır...

Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi (IEA) cümə günü dərc etdiyi aylıq bazar hesabatında qeyd edib ki, neft qiymətlərinin ən aşağı həddinin artıq keçdiyinin əlamətləri görünməkdədir.

IEA bildirib ki, bu il OPEC xaricində neft istehsalı gündə 750000 barrel azalıb. Bu isə dünyada olan neft "toxluğunun" azalmasına səbəb olur.

Qurum qeyd edib ki İraq və Nigeriyada istehsalın azaldılması, habelə İranın istehsalı planlaşdırıldığından daha aşağı sürətlə bərpa etməsi də neft qiymətlərini dəstəkləyən amillərdəndir.

Hesabatda deyilir ki, hasilatın maya dəyərinin yüksək olduğu ölkələrin istehsalı azaltması öz təsirini göstərdikcə neftin qiymətinin artacağına ümid yaranır.

Yanvar ayında neft qiymətləri son 12 ildə rekord həddə enmişdi. ABŞ-ın neft istehsalını azaltması, habelə Səudiyyə Ərəbistanı başda olmaqla bəzi OPEC ölkələrinin Rusiya ilə istehsalı artırmamaq barədə ilkin razılığa gəlməsi nəticəsində qiymətlər artıb. Ancaq təşkilat bildirir ki, bu "dondurma" sövdələşməsi hazırda qiymətlərə dəstək olsa da, ilin birinci yarısı ərzində bazarlara ciddi təsir etməyəcək.

Qurumun qiymətlərlə bağlı bu baxışı onun keçən ay dərc etdiyi hesabatdan kəskin şəkildə fərqlənir. Belə ki, keçən hesabatda bildirilirdi ki, bazarda "neft içində üzdüyü" müddətdə xam neftin qiymət daha da aşağı enə bilər. Halbuki cümə günü London birjasında Brent markalı neftin bir barreli 40 dollara satılıb.

Qurum bildirib ki, keçən aydan bəri ilin birinci yarısında tələb-təklif balansına baxış "əsasən dəyişməyib". Dünyada neft istehlakı gündə 1,2 milyon barrel artaraq qlobal neft "toxluğunun" ilin birinci yarısı ərzində gündə 1,7 milyon barrel, ikinci yarısında isə 200000 barrel azalmasına səbəb olacaq. Agentlik bir daha təkrar edib ki, neft qiymətlərinin bahalaşması ABŞ-da benzinə tələləbi azalda bilər, bu isə öz növbəsində təklifin azalmasına səbəb ola bilər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Hesabatda həmçinin qeyd olunur ki, inkişaf etmiş ölkələrdə neft ehtiyatları azalaraq yanvarda qeydə alınmış "komfort" səviyyəsindən çıxıb.

Qurum bildirir ki, "İranın dünya neft bazarına qayıtması iranlıların dediyindən daha az dramatik olub". Belə ki, İran sanksiyalara son qoyular-qoyulmaz bazara gündə 500000 barrel neft çıxaracağını desə də, fevralda istehsalı gündə cəmi 220000 dollar artıraraq 3,22 milyona çatdıra bildi.

Fevral ərzində 13 OPEC ölkəsinin istehsalı gündə 90000 barrel azalaraq gündə 32,61 milyona enib. İranda hasilatın artması İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərində istehsalın azalması ilə kompensasiya olundu. IEA-in məlumatından görünür ki, OPEC bu il gündə ondan tələb olunan neftin ortalama həcmindən 700000 barrel daha artıq neft çıxarır.

İraq özünün şimal ixrac kəmərini bağlamaqla ixracatını 600000 barrel azaldıb. Nigeriya da özünün gündə 250000 barrel təşkil edən Forcados markalı neftinin ixracatını dayandırıb. Hesabatda qeyd edilir ki, bu vəziyyət bir müddət davam edəcək.

Hesabtda bundan başqa qeyd edilir ki, ABŞ neft istehsalı bu il gündə 530000 barrel azalacaq. Belə ki, qiymətlərin enməsi sərmayələrə və qazmaya təsir edib. Agentlik həmçinin Braziliya və Kolumbiyanın da istehsalı azaldacağını proqnozlaşdırır.

"Aydındır ki, neft qiymətlərinin trayektoriyasının hazırkı istiqaməti düzgündür, ancaq o hələ xeyli yol getməlidir."- deyə hesabatda qeyd edilir.

XS
SM
MD
LG