Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:49

Qiymət 113 dollara qalxdı. Rusiya neftinə müştəri tapılmır


Omsk şəhərində neft sisternləri qatarları
Omsk şəhərində neft sisternləri qatarları

Artıq üçüncü gündür Moskva birjasında səhm ticarəti təxirə salınır

Martın 3-də Brent markasından olan neftin qiyməti bir qədər də qalxaraq bir barrel üçün 113 dollar olub.

Bu, 2014-cü ilin iyunundan bəri ən yüksək qiymətdir.

Bu arada treyderlər ən böyük qiymət güzəştinə baxmayaraq Rusiya neftini satmaqda çətinlik çəkirlər.

BBC yazır ki, bu, Rusiyanın Ukraynaya hücumu ilə bağlı daşıma və ödənişdə yaranmış çətinliklərlə bağlıdır.

Britaniyada mənzillənmiş Energy Aspects konsaltinq firmasının hesablamasına görə hazırda Rusiyanın bazara çıxardığı neftin 70 faizi müştərisiz qalıb.

Məsələn, martın 1-də neft treyderi Trafigura bir tanker Rusiya neftinin qiymətindən 18.60 dollar güzəşt etsə də, üzərinə risk götürən müştəri tapa bilməyib.

Neftin barreli 110 dollara çatır. 7 bank SWIFT-dən çıxarılır

Avropa İttifaqı (Aİ) 2022-ci ili martın 12-dən Rusiyanın yeddi bankı SWIFT sistemindən ayırır. Bunlar VTB, Rossiya, Promsvyazbank, VEB.RF, “Otkrıtiye”, “Novikombank”, “Sovkombank”dır.

Aİ həmçinin Rusiyaya avro banknotlarının satışını, çatdırılmasını, ötürülməsin və ixracını qadağan edib.

***

Beynəlxalq enerji bazarlarında neftin qiyməti artmaqdadır. Bu, Rusiyanın Ukraynaya hərbi təcavüzünün bazara təsirini azaltmağı hədəfləyən yeni tədbirlər fonunda baş verir.

Artıq Brent neftinin barrelinin qiyməti 110 dollara çatıb. Son yeddi ildə neft ilk dəfədir bu həddə bahalanır.

Bir gün öncə Beynəlxalq Enerji Agentliyi ehtiyat anbarlarından bazara 60 milyon barrel neft buraxmaq barədə razılığa gəlib.

Birjada səhm ticarəti təxirə salınır

Artıq üçüncü gündür Moskva birjasında səhm ticarəti təxirə salınır. Bu haqda Rusiyanın Mərkəzi bankı məlumat yayıb.

Ancaq bu həftə ilk dəfə olaraq məhdud çərçivədə əməliyyatlara icazə veriləcəyi qeyd olunur.

Qərbin sanksiyalarından sonra rubl rekord həddə ucuzlaşıb. Xarici birjaların siyahısında olan Rusiya şirkətlərinin səhmləri düşür.

SWIFT nədir və necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk qurumlarını tanıyan Prezident Vladimir Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.

Qərb Moskvaya sanksiyalar tətbiq edir.

XS
SM
MD
LG