Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:42

"Hər ay 150 manat işıqpulu gəlir"


Illüstrasiya
Illüstrasiya

►“Əcəmi” şirkətinin tikdiyi binadan şikayət

Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 53b ünvanında inşa edilərək istifadəyə verilmiş yeni yaşayış binasının sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə üz tutublar.

1 bloklu, 19 mərtəbəli bina “Əcəmi” MMC tərəfindən inşa olunub. Bina sakini Zaur Mirzəyevin sözlərinə görə, Nizami rayon İcra Hakimiyyətinin, “Azəriqaz”ın, Fövqəladə Hallar Nazirliyinin yollarında qalıblar. Ancaq binaya qaz verilişinə nail ola bilməyiblər. Çünki qurumlar bu məsələnin həllinin binanı inşa etmiş şirkətin rəhbərliyindən keçdiyini deyirlər.

Zaur Mirzəyev:

“Binanı tikən şirkətin sahibləri Sakit və Məhəmməd adlı şəxslərə 1 ildə dəfələrlə müraciət etmişik ki, binanın qazla təminatı məsələsini yoluna qoysunlar. Ancaq özümüz deyib, özümüz eşidirik. Elektrik qızdırıcıları qoşanda sayğac sürətlə yazır. Ayın sonu hər evə azı 120-150 manat civarında işıqpulu qəbzi gəlir. Üstəlik, canımız da qızışmır”.

Buna da bax: Bakı, hanı sənin avtobusların?

“SAHİBKARIN İŞİNİ BİZ GÖRMƏLİ DEYİLİK”

Binanın başqa sakini Ülviyyə Cəlilova deyir, şirkət sahibləri onları gah Fövqəladə Hallar Nazirliyinə, gah da qaz idarəsinə yollayırlar:

“Gedirik Nazirliyə, deyirlər, “gedin, sahibkara deyin, əvvəl gəlsin binanı təhvil-təslim eləsin, rəsmi icazə alsın”. Gedirik qaz idarəsinə, deyirlər, “binanı tikən “Azəriqaz”a təhvil verməyib”. Ortada təpik bizə dəyir. Bir bu mənzillərə qəpik-quruş ödəməmişik ki, sahibkarın yerinə gedib rəsmi qurumlardan icazə alaq, sahibkarın işini biz görməli deyilik ki… Sahibkara deyəndə isə cavabı bu olur ki, Nazirliklərlə anlaşa bilmir”.

Nizami rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, qeyd olunan ünvanın sakinləri quruma da müraciət ediblər. Sahibkara xəbərdarlıq da olunub.

“Əcəmi” MMC-dən “Qaynar xətt”ə bildirilib ki, MMC rəhbərliyi sakinlərlə danışıqlar aparıb və yaxın günlərdə binaya qaz verilişi baş tutacaq.

Buna da bax: Müasir məktəbdə şagirdlər palto ilə otururlar...

Şıxlıdakı müasir məktəbdə şagirdlər palto ilə otururlar...
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

XS
SM
MD
LG