Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:52

Obama Türkiyə və Rusiyanı “barışmağa” çağırıb


Prezidentlər Erdoğan və Obama Parisdə ABŞ missiyasının iqamətgahında görüşüblər
Prezidentlər Erdoğan və Obama Parisdə ABŞ missiyasının iqamətgahında görüşüblər

ABŞ prezidenti Türkiyəni Rusiya təyyarəsinin vurulması nəticəsində onunla Moskva arasında yaranmış gərginliyi aradan qaldırmağa çağırıb.

ABŞ prezidenti Barack Obama Türkiyəni Rusiya təyyarəsinin vurulması nəticəsində onunla Moskva arasında yaranmış gərginliyi aradan qaldırmağa çağırıb.

O həmçinin, Türkiyənin özünün Suriya ilə sərhədini tam bağlamasını istədiyini dilə gətirib. Obama bildirib ki, bu, özünü İslam Dövləti adlandıran təşkilatın təchizat kanallarını qapatmaq üçün zəruridir.

Prezident Obama Rusiyaya onun Əfqanıstana müdaxiləsini xatırladıb və deyib ki, Moskva Suriyada prezident Bashar al-Assad-ın gücləndirilməsi naminə daha bir lokal münaqişənin girdabına düşə bilər.

Putinlə necə barışmalı?

Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra ilk dəfə olaraq ABŞ və Türkiyə prezidentləri Parisdə görüşüblər.

Obama Rusiyaya onun Əfqanıstana müdaxiləsini xatırladıb və deyib ki, Moskva Suriyada daha bir lokal münaqişənin girdabına düşə bilər

Obama ABŞ-ın NATO üzrə müttəfiqinə dəstəyini bir daha vurğulayıb.

“Birləşmiş Ştatlar Türkiyənin öz hava məkanını və ərazisini müdafiə etmək hüququnu dəstəkləyir” - deyib Barack Obama.

O deyib ki, prezident Erdoğanla, Ankara və Moskvanın gərginliyi aradan qaldırmaq üçün nə etməli olduqları barədə müzakirə aparıb.

Obama Erdoğana bildirib ki, İslam Dövləti ekstremist islamçı qruplaşması bütün ölkələr tərəfindən təqib olunmalıdır.

Barışıqdan səs-soraq yoxdur

Rusiya və Türkiyə arasında gərginlik, ABŞ-ın Rusiyanı Suriyadakı hava zərbələrini Qərbin dəstəklədiyi qruplara yox, İŞİD üzərinə yönəltməyə sövq etmək planlarına zərbə olub.

Mətbuat Putin və Erdoğanı iki inadkar lider kimi xarakterizə edir
Mətbuat Putin və Erdoğanı iki inadkar lider kimi xarakterizə edir

Obama deyib ki, Putinin Suriya strategiyasının tez bir zamanda dəyişəcəyinə inanmır, lakin sonunda Moskvanın ABŞ koalisiyasına yaxınlaşacağına ümid edir.

Lakin xəbər verilir ki, Obamanın bu çağırışının eşıdiləcəyinə inamsızlıq dərhal yaranıb, beləki Rusiya idxalına qadağan qoyulan Türkiyə mallarının tam siyahısını açıqlayıb.

Moskva Türkiyə baş naziri Ahmet Davutoğlunun Rusiya və Türkiyə arasında kommunikasiya xətlərinin yenidən açılmasına çağırışını da rədd edib.

Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya təyyarəsi vurulub salınarkən, kommunikasiyalar açıq idi, lakin kara gəlmədi. O bildirib ki, bu, Moskvanın deyil, Ankaranın hərəkətlərinə görə belə olub.

Carter: Türkiyə İŞİD-i yox, PKK-nı vurur

Bundan əvvəl Rusiya prezidenti bəyan etmişdi ki, Türkiyə Su-24-ü “İŞİD neftinin” Türkiyəyə fasiləsiz nəql olunmasının təminatı üçün vurub.

Obama işarə vurub ki, Türkiyənin sərhədi kifayət qədər mühafizə etməməsi, faktiki olaraq müttəfiqlərin İŞİD üzərinə hava zərbələrini mənasız edir

Erdoğanla görüşdə Obama da bu məsələyə xüsusi toxunub və deyib ki, Türkiyə özünün Suriya ilə sərhədinin tam bağlanmasına çalışmalıdır.

Danışıqlar zamanı Obama işarə vurub ki, Türkiyənin sərhədi kifayət qədər mühafizə etməməsi, faktiki olaraq müttəfiqlərin İŞİD üzərinə hava zərbələrini mənasız edir, beləki təşkilat sərhəddəki dəlmə-deşiklədən öz sıralarının yeni səfərbərlərlə bərpası üçün faydalanır.

Maraqlıdır ki, Türkiyənin Suriya ilə sərhədi məsələsinə Vaşinqtonda Konqres qarşısında ifadə verən ABŞ müdafiə naziri Ashton Carter də toxunub.

O deyib ki, bu sərhəd mühafizə olunmur. Müdafiə naziri həmçinin Türkiyənin əsasən İŞİD-i yox, PKK-nı vurmasından gileylənib.

XS
SM
MD
LG