Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:25

Paşinyan Yerevan və Bakı arasında fikir ayrılığı olan məsələlərdən danışıb


Nikol Paşinyan Praqada mətbuat konfransı keçirib
Nikol Paşinyan Praqada mətbuat konfransı keçirib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekunlaşdığı bir vaxtda baş nazir Nikol Paşinyan tərəflər arasında açıq qalan məsələlərdən bəhs edib.

Praqada Transatlantik Münasibətlər Mərkəzində çıxış edən Paşinyan deyib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin mexanizmi və Bakı ilə Xankəndi arasında dialoqun formatı hələ müəyyən edilməyib.

Ermənistan baş naziri bunu da deyib ki, hazırlanmaqda olan sülh müqaviləsinin müddəalarının təfsirində tərəflərin fərqli yozumu olduğu hallarda bunun həlli mexanizmi barədə də razılaşma əldə olunmayıb.

O əlavə edib ki, bu müqavilənin həyata keçirilməsi üçün beynəlxalq mexanizmlər barədə də razılaşma yoxdur.

“Xilas naminə ayrılma”

Azatutyun yazır ki, görüş iştirakçılarından biri Yerevanın Qarabağ erməniləri ilə bağlı “xilas naminə ayrılma” prinsipini niyə səsləndirmədiyini soruşub.

Paşinyan hökuməti bu prinsip barədə hələ 44 günlük müharibə zamanı danışmağa başlamışdı və daha sonra bu prinsip Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki təbliğatı kampaniyasına daxil edilmişdi.

Azatutyun yazır ki, Paşinyan “xilas naminə ayrılma” prinsipi məsələsinə toxunmayıb və əvəzində bundan əvvəlki bəyanatlarını təkrar edib.

O Bakının etnik təmizləməyə hazırlaşmasından, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının Bakı və Xankəndi arasında keçirilən danışıqlar yolu ilə təminatı zərurətindən bəhs edib.

O əlavə edib ki, “Əliyev administrasiyasının belə bir istəyi yoxdur”.

Paşinyan deyib ki, Ermənistan sülh gündəliyinə sadiq qalır, çünki erməni xalqından belə bir mandat alıb.

“Gələn həftə Moskvaya gedirəm”

Ermənistan baş naziri Yerevan-Moskva münasibətlərinə də toxunub.

Paşinyan deyib ki, tərəflər arasında əsas fikir ayrılığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır, çünki bu blok Ermənistan qarşısında öhdəliyinə əməl etməyib.

Paşinyan bunu da əlavə edib ki, Ukraynadakı müharibənin nəticələrini indidən proqnozlaşdırırmaq mümkün deyil və heç kim bir aydan sonra nə olacağını bilmir:

“Bir onu əminliklə deyə bilərəm ki, gələn həftə Moskvaya gedirəm”.

O Moskvaya hansı gündəliklə getdiyi və orada hansı tədbirlərin nəzərdə tutulduğunu bildirməyib.

Bir qrup erməni gənc Xankəndi-Şuşa yolunun kənarında çadır qurub
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG