Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:55

'Əmin deyiləm ki, Qarabağda işləyən bizneslə oliqarxlara fərq qoyulmayacaq'


Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?
Gözlə

No media source currently available

0:00 0:07:13 0:00

Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?

Prezident İlham Əliyev yanvarın 10-da yerli kanallara müsahibəsində özəl sektordan da söz açıb. Deyib ki, özəl sektor "Bakıda, Sumqayıtda hər tində" ev tikməkdənsə, işğaldan azad olunan ərazilərdə ev tiksin: "Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək...".

Rəsmi məlumata görə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 2021-2023-cü illərdə 10 min kvadratkilometr ərazidə bərpa-quruculuq işləri görülüb və buna büdcədən 7 milyard dollar vəsait ayrılıb.

R.Quliyev
R.Quliyev

"Az qala azad istehsalat zonası yaradılıb"

Deputat Rüfət Quliyev "Turan"a deyib ki, Qarabağda və Şərqi Zəngəzurda sahibkarlar üçün kifayət qədər çox güzəştlər var: "Onlar vergilərdən azad olunur, gömrük rüsumlarında güzəşt var və s. Yəni, orada az qala azad istehsalat zonası yaradılıb. Bütün güzəştlər ən azı beş-yeddi il müddətinə nəzərdə tutulub".

R.Quliyevin sözlərinə görə, özəl biznesin işğaldan azad olunmuş ərazilərdə iştirakçılığa böyük həvəsi və marağı var: "Onların nəhəng planları var. Amma burada böyük problem var – minalar. Cənab prezident da bildirdi ki, həmin əraziləri minalardan tam təmizləmək üçün 25 il və 30 milyard dollar lazımdır. Proses, əlbəttə ki, gedir, amma buna vaxt lazımdır".

Deputat bəzi məmurların fəaliyyətinə də toxunub: "Dövlət məmurlarının böyük hissəsi sahibkarlara məqsədyönlü şəkildə yardım edirlər, amma, təəssüf ki, inanmayan, "başağrısı" istəməyən məmurlar da var. Amma fikrimcə, bir-iki ilə bu iqtisadi zonalarda sahibkarlıq fəaliyyəti dəfələrlə artacaq".

R.Ağayev
R.Ağayev

"Ölkənin 80 faiz ərazisində səmərə verməyibsə..."

İqtisadçı Rövşən Ağayev isə bildirib ki, Azərbaycanda hətta Qarabağ işğaldan azad olunmamışdan əvvəl də çoxlu sayda güzəştlər açıqlanıb. Onun fikrincə, təkcə güzəştlərlə biznesi inkişaf etdirmək mümkün olsaydı, Azərbaycanda bugünə qədər biznes kifayət qədər inkişaf edərdi: "Uzun müddətdir ki, Azərbaycanda mikro və kiçik sahibkarlar Bakı şəhərində 4, rayonlarda 2 faiz sadələşdirilmiş vergi verirdilər. Kənd təsərrüfatı 30 ildir vergilərə cəlb olunmur, dövlət subsidiya verir, investisiya təşviqi ilə bağlı böyük bir paket açıqlayıblar. Amma bu qədər güzəştlərin müqabilində Azərbaycanda özəl sektor, biznesin potensialı həddən artıq zəifdir. Əgər həmin güzəştlər ölkənin 80 faiz ərazisində səmərə verməyibsə, niyə qalan 20 faizində verməlidir?".

İqtisadçı hesab edir ki, məsələ güzəştdə deyil: "Prezidentin "getsinlər orada ev tiksinlər" çağırışını mən gördüm. Biznes mənfəəti olmasa, ayaqda qala bilməz. Biznes fikirləşir ki, mən gedim ev tikim, zəmanət varmı ki, həmin evlərə Qarabağda böyük tələbat olacaq? Amma biznes bilir ki, Bakı və Sumqayıtda ev tikəndə, hələ bünövrə qoyulanda belə onun müştəriləri hazır olacaq".

"Mən əmin deyiləm ki, Qarabağda gedib işləyən bizneslə hakimiyyətə yaxın oliqarxlar arasında heç bir fərq qoyulmayacaq. Ona görə də hökumətin, məmurların nə dediyinə yox, nə etdiyinə fikir vermək lazımdır. Bəyanatlar qulağa xoş gələ bilər, amma reallıqlar bir az fərqlidir", - ekspert sözlərinə əlavə edib.

Azadlıq Radiosuna danışan bir sıra ekspertlər də deyirlər ki, məsələ həm də qanunvericiliyin necə tətbiq ediləcəyindən asılıdır.

XS
SM
MD
LG