Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:02

Qazaxıstan fövqəladə neft müşavirəsi keçirir, tengenin məzənnəsi düşür


Almatı. 9 mart
Almatı. 9 mart

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev neft qiymətinin kəskin düşməsi ilə bağlı hökumət xərclərinin azaldılmasına sərəncam verib.

Prezident aparatından verilən məlumatda deyilir ki, hökumət martın 9-da fövqəladə müşavirə keçirib.

Toqaev vurğulayıb ki, Qazaxıstan hökuməti iş yerlərinin qorunub saxlanması, maliyyə və valyuta bazarlarında sabitliyin təminatı da daxil özünün bütün öhdəliklərini yerinə yetirəcək.

Toqaev hökumət xərclərinin məhz hansı maddələr üzrə azaldıla biləcəyinin müəyyənləşdirilməsi üçün xüsusi qrup yaradıb.

Bundan başqa heç bir təfərrüat verilmir.

Səudiyyə Ərəbistanı öz neftinin qiymətini son 20 ildə ən aşağı həddə saldıqdan sonra Qazaxıstanın milli valyutası – tenge çəkisini 4.5 faiz itirib. Hazırda 1 dollar 382 tengedir.

Səudiyyənin martın 8-də atdığı bu addım OPEC və onun müttəfiqlərinin hasilatın ixtisarı barədə razılığa gələ bilməməsi ilə birbaşa bağlıdır.

Rusiya neft hasilatını azaltmaq barədə Səudiyyənin təklifini rədd edib.

XS
SM
MD
LG