Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Ailəsi Qubad İbadoğlunun səhhətindən narahatdır


Qubad İbadoğlu
Qubad İbadoğlu
"İqtisadçı Qubad İbadoğlunun səhhəti Bakı İstintaq Təcridxanasında kəskin pisləşib".

Bunu avqustun 4-də iqtisadçı, Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib.

O deyib ki, həkimlər Qubad İbadoğluna aortanın genişlənməsini diaqnozu qoyublar.

Onun sözlərinə sözlərinə görə, 13 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan Qubad İbadoğlu sürətlə çəki itirir:

"Hətta, dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə səhhətində yaxşılaşmadan danışmaq yersizdir".

O, "hazırki saxlama şəraiti" dedikdə, "havasızlıq, hərəkətsizlik, ailəsi ilə görüşə icazə verilməməsi" və başqa amillərin üzərində dayandığını qeyd edib:

"Məsələnin ciddiliyini görən, təcridxana rəhbərliyi avqustun 4-də qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib. Məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq souncu həyəcan siqnalıdır..."

O qardaşının ölüm təhlükəsilə qarşılaşdığını qeyd edərək bildirib ki, beynəlxalq və yerli insan hüquqları təşkilatları bunun baş verməməsi üçün səylərini əsirgəməməlidir.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa uygun qurumlardan münasibət almaq mümkün olmayıb.

ADR Partiyasının sədri Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.
XS
SM
MD
LG