Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:21

Araşdırma: Rusiyanın 'anti-Ərdoğan layihəsi'


Stokholmda anti-Ərdoğan aksiyalarından birində
Stokholmda anti-Ərdoğan aksiyalarından birində

Rusiya xüsusi xidmətləri Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinə müdaxilə etməyə çalışıb, bu məqsədlə bu iki ölkənin Türkiyə ilə münasibətlərini pozmağa cəhd ediblər.

Bu barədə məlumatı dekabrın 4-də əldə etdiyi sənədlərə istinadla Finlandiyanın Yle telekanalı verib.

Yle öz mənbələrindən başqa, həm də “Dosye” mərkəzinin materiallarına istinad edir.

Yle telekanalının əldə etdiyi sənədlərdən məlum olur ki, Rusiya xüsusi xidmətləri İsveç və Finlandiyada kampaniya aparmağı planladırıblar.

“Dosye” mərkəzinin ixtiyarında olan sənədlərdən görünür ki, Rusiya kəşfiyyatı bu əməliyyat çərçivəsində Parisdə kampaniya aparmaq istəyib.

Bu barədə məlumatı Yle telekanalına təhqiqatçı jurnalist İlya Rojdestvenski verib.

Sənədlərdə qeyd olunur ki, İsveçdə Quranın yandırılması bu ölkənin Türkiyə ilə münasibətlərini gərginləşdirib. Sənədlərdə bu istiqamətdə bu münasibətlərin daha da pisləşdirilməsinə yönəlik işin aparılması tövsiyə edilir.

“Anti-Ərdoğan layihəsi”

İddia olunur ki, Rusiya kəşfiyyatı Avropa şəhərlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı şəxsən təhqir edən aksiyaların keçirilməsini, habelə binaların divarlarına anti-Türkiyə və anti-İslam qraffitilərinin çəkilməsini planlaşdırıb.

Bütün bunlar barədə məlumatlar sonradan sosial mediada paylaşılmalıydı.

Yle telekanalının yalnız bir hissəsini dərc etdiyi sənəddə bu aksiya “Anti-Erdoğan layihəsi” adlandırlır.

“Dosye” iddia edir ki, mərkəz Rusiya xüsusi xidmətləri əməkdaşlarının 2023-cü ilin martında Parisdə keçirilmiş belə aksiyalardan biri haqqında məruzələrini əldə edib.

Həmin vaxt Parisdə anti-İslam şüarları ilə bir neçə aksiyalar keçirilmiş, Ərdoğan tənqid edilmişdi.

Finlandiyanın xüsusi xidmətləri Yle telekanalına Rusiyada işlənib hazırlanan planlardan xəbərdar olduqlarını təsdiqləyiblər, amma bildiriblər ki, belə aksiyaların Finlandiya ərazisində keçirilməsinə dair məlumatlartı yoxdur.

Türkiyə NATO üzvü olsa da...

Türkiyə ilkin mərhələdə bir qədər tərəddüd keçirsə də, sonradan Finlandiyanın NATO üzvlüyü üçün protokolunu ratifikasiya edib.

Lakin İsveç NATO üzvlüyü üçün protokolun Türkiyə parlamentində ratifikasiya olunmasını hələ də gözləməkdədir.

Rojdestvenskinin fikrincə Ruisiya xüsusi xidmətləri hər iki ölkənin NATO-ya qoşulması prosesini ləngitməyə çalışıblar və bu mənada əsas diqqəti İsveçə yönəldiblər.

“Dosye” təhqiqatçısının sözlərinə görə Rusiya xüsusi xidmətləri ümumiyyətlə Avropa ölkələri arasında fikir ixtilafları tapmağa və bunları qızışdırmağa çalışırlar.

Türkiyə NATO üzvü olsa da, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.

Rusiya və Türkiyə prezidentləti Vladimir Putin və Ərdoğan aralarında dost münasibətlərin olmasına daim diqqət çəkiblər.

XS
SM
MD
LG