Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:29

Rusiyaya işləyən britaniyalı mühafizəçi, iranlı qardaşlar


Britaniyanın Berlindəki səfirliyi
Britaniyanın Berlindəki səfirliyi

58 yaşlı Deyvid Ballantayn Smit məhkəmədə motivləri barədə suala cavab verərkən “vətəninə nifrət etdiyini” deyib

Britaniyanın Almaniyadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı Rusiyaya məxfi informasiyalar ötürməkdə ittiham olunur.

AFP agentliyinin yazdığına görə 58 yaşlı Deyvid Ballantayn Smit məhkəmədə motivləri barədə suala cavab verərkən “vətəninə nifrət etdiyini” deyib.

Berlindəki səfirlikdə 8 il mühafizəçi işləmiş Smit əlavə edib ki, o Britaniyaya həm də ölkəsinin LGBT-nin göy qurşağı bayrağını qaldırdığına görə nifrət edir.

O ötən həftə ona qarşı irəli sürülmüş 8 ittihamı qəbul edib. Smitin 9-cu ittihamı qəbul etməməsi məlumatın mediada yayılmasının qarşısını alırdı. Bu səbəbdən Smitə qarşı 9-cu ittiham geri götürülüb.

Rusiyanın hərbi attaşesi

Bu da xəbər verilir ki, Smit qazancının imkan verdiyindən xeyli yaxşı yaşasa da, onu Potsdamdakı evində həbs edən Almaniya polisi yalnız 800 avro nəqd pul tapıb.

Onun elektron cihazlarından habelə 2020-ci ilə aid məktubun qaralaması tapılıb.

O bu məktubda bir Rusiya diplomatına öz xidmətlərini təklif edirdi.

O bu məktubdan sonra Rusiyanın Berlindəki hərbi attaşesi Sergey Çukurovla əlaqədə olub və ona Britaniya dövlət qulluqçuları barədə informasiyalar ötürüb.

Smit kəşfiyyat materiallarını səfirlikdə toplayıb və ötürdüyü sənədlərin bəzilərində “tamamilə məxfi” qrifi olub.

İndi Smiti casusluğa görə 14 ilədək həbsxana cəzası gözləyir.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Kiya qardaşları

Bu arada İsveç prokurorları əslən iranlı iki qardaşı Rusiyaya casusluq etməkdə ittiham ediblər.

Prokurorlar bildirirlər ki, qardaşların Rusiya xüsusi xidmətlərinə ötürdükləri informasiyalar İsveçin milli dövlət təhlükəsziliyinə ciddi hədə yaradıb.

AP xəbər verir ki, 42 yaşlı Peyman Kiya və 35 yaşlı Payam Kiya ötən il həbs olunublar və əvvəlcə bütün ittihamları rədd ediblər.

İstintaq materiallarında deyilir ki, qardaşlar 2011-ci ildən başlayaraq Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) tamamilə məxfi məlumatlar ötürüblər.

Qardaşlardan biri sözü gedən dövrdə İsveç Təhlükəsizlik Polisində və Silahlı Qüvvələrdə işləyib.

Cinayət istintaqının böyük bir hissəsinin məxfi olduğu xəbər verilir.

XS
SM
MD
LG