Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:01

ABŞ Rusiyanın tələblərinə yazılı cavabını təqdim etdi


ABŞ-ın Moskvadakı səfiri Con Sallivan
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan

ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə deyib ki, Vaşinqtonun cavabı Ukrayna və Avropa müttəfiqləri ilə koordinasiya olunub

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Qərbdən təhlükəsizlik qarantiyaları ilə bağlı tələblərinə yazılı cavabı təqdim edib.

Rusiyanın RIA Novosti xəbər agentliyi bildirir ki, Sallivan Rusiya XİN-in binasında 30 dəqiqə olduqdan sonra oranı tərk edib.

O jurnalsitlərə şərh verməkdən imtina edib.

Eyni zamanda yanvarın 26-da ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə deyib ki, Vaşinqtonun cavabı Ukrayna və Avropa müttəfiqləri ilə koordinasiya olunub.

O əlavə edib ki, bugün az sonra NATO da Rusiyanın tələblərinə yazılı cavabını təqdim edəcək.

Blinken deyib ki, NATO-nun cavabı ABŞ-ın cavabına tamamilə uyğundur:

"Mən Moskva bizim cavabımızla tanış olduqdan sonra yaxın günlərdə nazir Lavrovla danışmağı planlaşdırıram”.

Dövlət katibi izah edib ki, ABŞ məxfi danışıqlara imkan saxlamaq məqsədilə sözü gedən yazılı cavabın mətninin açıqlanmasını istəmir.

Blinken bildirib ki, əgər Rusiya qərara gələrsə, ABŞ irəliyə doğru “ciddi diplomatik yol” açıb və Rusiyanın ifadə etdiyi narahatlıqları prinsipial və praqmatik şəkildə qiymətləndirib.

Dövlət katibi jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar dialoqa açıqdır, lakin Ukraynanın suverenliyi və öz təhlükəsizlyini özünün seçməsi hüququ da daxil ABŞ-ın qorumaq və müdafiə etmək öhdəliyi olan güzəştsiz təməl prinsiplər vardır.

Ötən ilin sonlarında Moskva Vaşinqtona və Brüsselə təhlükəszilik qarantiyaları barədə sənədlərin layihələrini təqdim etmişdi.

Bu sənədlərdə Moskva NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Ukrayna və Gürcüstan da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv qəbul edilməyəcəyinə, keçmiş sovet məkanında heç bir hərbi təlimlərin keçirilməyəcəyinə dair tələblərini bildirirdi.

Vaşinqton və NATO bundan əvvəl artıq bu tələblərdən bir çoxunun heç müzakirə belə olunmayacağını bildirib.

ABŞ bəyan edib ki, NATO-ya üzvlük hər bir müstəqil dövlətin öz suveren qərarı ilə olmalıdır.

NATO isə bildirmişdi ki, Vladimir Putinin alyansa “qapıçılıq” etməsini qeyri-məqbul hesab edir.

XS
SM
MD
LG