Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:00

G7 Rusiya neftinə qiymət həddi qoyulmasına dair razılığa gəlib


Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ razılaşıblar ki, müəyyən edilmiş hədd zəruri olduğu hallarda dəyişdirilə bilər

İnkişaf etmiş ölkələrin G7 qrupu və Avstraliya razılığa gəliblər ki, Rusiya neftinin qiymətinə qoyulan ən yüksək hədd neft bazarının dəyişən və ya “üzən” qiymətlərindən asılı olmayacaq.

Reuters agentliyinin istinad etdiyi mənbə bildirir ki, Rusiya neftinin ən yüksək qiymət həddi bütün tərəflər üçün eyni olacaq və vaxtaşırı bu qiymətə yenidən baxılacaq.

G7 üzlərinin fikrincə, bu tədbir dünya neft bazarında sabitliyi artıracaq və üzv ölkələr üzərinə təzyiqi azaldacaq.

Rusiya nefti üçün ən yüksək qiymət həddi konkret olaraq hələ razılaşdırılmayıb və son qərar yaxın həftələrdə elan olunacaq.

Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ razılaşıblar ki, müəyyən edilmiş hədd zəruri olduğu hallarda dəyişdirilə bilər.

Rusiya bundan da mənfəət götürə bilər

Mənbə bildirir ki, qiymətin hər hansı indeksə bağlanması bazarda neft qiymətinin nəzarətsiz qalxıb-enməsinə səbəb ola bilərdi.

Bundan başqa Moskva neftin üzən qiymətlərindən əlavə gəlir götürə bilərdi, beləki Brent markasından olan neftin qiyməti Rusiyadan idxalın azalmasına görə artmaqda davam edir.

Başqa bir mənbə isə bildirib ki, Moskva Rusiya neftinin qiymətinə qoyulan limitdən də mənfəət götürə bilər.

Mənbə hesab edir ki, Vladimir Putin təklifi azaltmaqla G7-nin yaratmaq istədiyi mexanızmı “aldatmağa” çalışa bilər.

“Nə şiş yansın, nə kabab”

ABŞ, Avropa İttifaqı və onların müttəfiqləri Rusiyanın neft gəlirlərini məhdudlaşdırmağa çalışırlar.

Onların fikrincə Rusiya bu gəlirləri Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə yönəldir.

Amma G7 eyni zamanda neft qiymətlərinin kəskin artımından ehtiyat edir.

Dekabrın 5-də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 8-ci paketi qüvvəyə minir.

Bu paketdə də tankerlərlə daşınan Rusiya neftinə qiymət həddi qoyulması nəzərdə tutulub.

Bundan əvvəlki müzakirələrdə Rusiya neftinin bir barreli üçün 40-60 dollar arası hədd qoyulması təklifi irəli sürülmüşdü.

Lakin oktyabrın sonlarında Bloomberg yazırdı ki, ABŞ-ın Rusiya neftinə qiymət həddi qoyulması məsələsində mövqeyi yumşalıb və Vaşinqton bu həddin 1 barrel üçün 60 dollardan yüksək olmasını mümklün hesab edir.

Rusiya xəbərdarlıq edib ki, onun neftinə qiymət həddi qoyan ölkələrə neft və neft məhsulları ixrac etməyəcək.

XS
SM
MD
LG