Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:45

YouTube Rusiyada sıxışdırılır. Kreml senzurası gedilməyən yollara üz tutub   


İllüstrativ foto
İllüstrativ foto

Rusiyada hökumət ölkə internetini tam özünə tabe etdirmək üçün yeni böyük addımını atmaq ərəfəsindədir. Hökumət uzun zamandır rusiyalıların rəyini və hətta bir-biri ilə gündəlik ünsiyyətini öz maraqlarına uyğunlaşdırmaqdan ötrü “RuNet”i (Rusiya internetinin çox istifadə edilən digər adı) parallel onlayn dünyaya çevirməyə çalışır.

Daha öncə bu proses gedişində mürəkkəb monitorinq proqramları tətbiq edilib, iri internet şirkətləri sıxışdırılaraq, itaətə meylli sahiblərə ötürülüb. Hətta qlobal texnologiya nəhənglərini serverlərini Rusiya dövlət qurumlarına əlçatan etməyə məcbur etmək cəhdlərinə də əl atılıb.

Moskva “YouTube”u müstəqil platforma saymır

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin (Mike Eckel) yazdığı məqalədə deyilir ki, hazırda hökumət, problem suallı qalsa da, rusiyalıların “YouTube”u tərk edərək milli xidmətlərə keçməsinə çalışır.

Dövlət rəsmiləri öz niyyətlərini gizlətmirlər. İyulun 31-də Xarici İşlər Nazirliyi heç bir dəlil göstərmədən iddia edib ki, “YouTube” “neytral platforma deyil və Vaşinqtonun siyasi direktivləri ilə fəaliyyət göstərir”.

On ildən çoxdur ki, Rusiyanın əsas media tənzimləyicisi Roskomnadzor və ona bağlı qurumlar RuNetin əsasını təşkil edən infrastrukturla əlləşir, bir zamanlar canlı, senzurasız onlayn məkan olan internet məkanına nəzarət etmək müxtəlif alət və üsulları sınaqdan keçirir.

Hələ 1990-cı illərin sonlarında tənzimləyici qurumlar Operativ Axtarış Fəaliyyətləri Sistemi (SORM) adlı sistem yaradıb. Bu sistem bütün internet xidməti provayderlərinə ayrıca cihazların qoşulmasını nəzərdə tutur və ölkənin əsas daxili kəşfiyyat qurumu olan Federal Təhlükəsizlik Xidmətinə RuNet-də dolaşan hər şeyi tozsoran kimi soraraq izləmək imkanı verir.

SORM və ona bağlı texnologiyalar illərboyu genişləndirilib. “Dərin cib təftişi” kimi alətlər dövlətin müxtəlif məxfiliyin qorunması və şifrələmə tədbirlərnin önünü kəsməsini asanlaşdırıb.

2010-cu illərin ortalarında parlament “Google”, “Facebook” və “Apple” kimi əsas internet şirkətlərinin öz serverlərini Rusiya ərazisində yerləşdirilməsini tələb edən silsilə qanunlar çıxarıb. Bu, hökumətin bilgi trafikinə göz qoyub, onu izləməsini asanlaşdırmalı idi. Bu addımdan sonra bir çox şirkətlər Rusiyanı tərk etməyə məcbur qalıb.

2018-ci ildə Roskomnadzor Rusiya və postsovet məkanında geniş istifadə edilən “Telegram” mesajlaşma tətbiqini hədəfə alıb. Tətbiqin populyarlığı və güclü şifrələmə praktikası ilə tanınması onu kəşfiyyat qurumlarının hədəfinə çevirib.

“Suveren internet” qanunu?

Di gəl, hökumətin bu cəhdi “Amazon” və “Google”un bulud sistemlərində yerləşən, texniki olaraq İnternet Protokolu kimi tanınan milyonlarla internet ünvanının bloklanması ilə nəticələnib. Çox sayda onlayn biznes və xidmətin işi pozulub.

2019-cu ildə deputatlar “Roskomnadzor”un saytları və VPN-ləri qara siyahıya salaraq bloklamaq imkanlarının genişləndirilməsi istiqamətində daha çox düzəlişlər qəbul etdilər. Bu addım “suveren internet” qanunu kimi ad çıxardı.

Hökumət eyni zamanda xəbər, informasiya, elektron ticarət və sosial media sahələrində fəaliyyət göstərən ən iri özəl şirkətləri hədəfə almağa başladı.

Son dərəcə uğurlu olan və bir zamanlar “Rusiyanın Google-u” adlandırılan yerli texnologiya nəhəngi “Yandex” Rusiyanın xəbər və axtarış xidmətləri bazarında dominant idi. Ancaq 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxilə başlanınca, şirkət savaşla bağlı bilgiləri senzuradan keçirməyə məcbur edildi. Bunun ardınca top menecerlər və icraçı direktorlar şirkəti kütləvi tərk etməyə başladılar. Bu ilin iyulunda “Yandex” Rusiyanı tam tərk etdi. O özünün bir neçə şöbəsini bir Niderland holdinqinə ötürdü, qalan aktivlərini isə bir qrup rus biznesmeninə qoyub çıxdı.

Rusiyanın “Facebook”u adını alan “VK” kimi digər iri şirkətlər Kremlə yaxın maqnat və dövlət şirkətlərinin nəzarətində olan şirkətlərə ötürüldü.

Hökumət çət, vergilərin ödənilməsi, romantik partnyor axtarışı və yol-hərəkət cərimələrinin ödənilməsi kimi bir çox onlayn fəaliyyətləri özündə birləşdirən vahid tətbiqin - “super əppin” yaradılması istiqamətində də çalışır.

Ancaq dövlət qurumlarının qarşısında duran ən çətin problemlərdən biri “Google”, “Apple”, “Facebook” kimi dünyanın ən iri texnologiya şirkətlərinin Rusiyadakı fəaliyyətini cilovlamaqla bağlıdır.

“Roskomnadzor tələb edir, “Google” umursamır

“MediaScope” bazar araşdırmaları şirkətinin bilgisinə görə, Rusiyada internet aktivliyinin yarıya yaxını sosial media istifadəçilərinin payına düşür. Ölkənin əsas media şirkətləri, habelə inflüenserlər və mədəniyyət sahəsində çalışan insanlar “YouTube”dan çox yararlanırlar.

“Google”a məxsus “YouTube” hökuməti dəstəkləyən artistlərin və dövlətin maliyyələşdirdiyi media qurumlarının hesablarını blokladığından, deputatlar və dövlət qurumları onu sevmir. “Google” “Roskomnadzor”un bağlanmasını tələb etdiyi minlərlə hesabı bağlamaqdan da boyun qaçırıb.

Rusiyada YouTube-a qarşı təşkil olunmuş etiraz aksiyası
Rusiyada YouTube-a qarşı təşkil olunmuş etiraz aksiyası

İyulun əvvəlində Kremli dəstəkləyən müğənni Şaman ABŞ-nin Moskvadakı səfirliyi önündə etiraz aksiyası keçirərək, kanalının bloklanmasından şikayətlənib. Gerçək adı Yaroslav Dronov olan Şaman Rusiyanın Ukraynaya hücumunu açıq dəstəklədiyindən, Avropa İttifaqı və ABŞ-nin sanksiyalarına məruz qalıb. Bunun ardınca “YouTube” onun hesabını bağlayıb.

TASS dövlət xəbər agentliyinin bilgisinə görə, Rusiyanın ən iri mobil rabitə xidmətlərindən sayılan MTS artıq öz abonentlərini “YouTube”un fəaliyyətində mümkün zəifləmələr haqda xəbərdar etməyə başlayıb.

“MTS-in nəzarəti xaricində olan səbəblərdən bəzi abonentlər “YouTube”la problemlər yaşaya bilərlər”, - MTS-in texniki dəstək xəttindəki avtomatlaşdırılmış mesajda belə deyilir.

XS
SM
MD
LG