Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:53

Rusiyaya qarşı yeni sanksiyalarda Türkiyə və Qazaxıstanın şirkətləri də var


Avropa İttifaqının Şurası Rusiyanın Ukraynaya əsasız və səbəbsiz təcavüzü ilə bağlı Moskvaya qarşı sanksiyaların 14-cü paketini qəbul edib.

Bu barədə məlumat iyunun 24-də qurumun mətbuat relizində verilib. Qeyd edilir ki, yeni sanksiya tədbirləri və sanksiya siyahıları yaxın günlərdə rəsmən dərc ediləcək.

Xəbər verilir ki, Aİ 116 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar elan edib.

Yeni sanksiya paketinin ən mühüm bəndlərindən biri də Rusiya maye qazı ilə bağlı məhdudlaşdırıcı tədbirlərdir.

Bundan sonra Rusiya maye qazının Avropa limanları vasitəsilə daşınması qadağan olunur.

Bununla belə Rusiya maye qazının Avropa ölkələrinə ixracı qadağan edilmir.

Rusiyanın “kölgə tanker donanması”

Bu da xəbər verilir ki, sanksiya siyahısına Rusiyanın “kölgə donanmasına” aid 27 tanker salınıb. Bu tankerlərdən silah və oğurlanmış Ukrayna taxılının daşınması üçün istifadə olunur.

Bundan əvvəl xəbər verilirdi ki, siyahıya fiziki şəxslərdən müğənni Polina Qaqarinanın, biznesmenlər İqor Altuşkin, Roman TrotsenkoTaymuraz Bolloyevin adları salınıb.

61 şəxs və şirkətin siyahıya onların Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstəyinə görə daxil edildiyi bildirilir.

Burada söhbət həm də Çin, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərindən gedir.

Rusiya dövlətindən qrantlar qadağan edilir

14-cü paketdə sanksiyalardan yan keçilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub. Bu tədbirlərə görə ikili təyinatlı malların üçüncü ölkələrə göndərilməsinə sərt nəzarət tətbiq olunacaq.

Sanksiyalara görə Aİ şirkətləri nəzarət etməlidirlər ki, onların üçünü ölkələrdəki törəmə şirkətlərindən sanksiyalardan yan keçilməsi üçün istifadə olunmasın.

Rusiya Bankının sürətli bank köçürmələrinə də sanksiyalar qoyulur. Söhbət Rusiyanın SWIFT ödəniş sisteminə alternativ yerli sistemindən gedir.

Yeni sanksiyalar habelə Avropa İttifaqındakı siyasi partiyalara, media qurumlarına və QHT-lərə Rusiya dövlətindən və ya ona bağlı qurumlardan qrantların alınmasını qadağan edir.

Bundan başqa yeni sanksiyalar Aİ aviasiya şirkətlərinə Rusiya vətəndaşları və təşkilatları ilə çarter və şəxsi reyslərin təşkilinə dair müqavilə bağlanmasını qadağan edir.

XS
SM
MD
LG