Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:37

'Şanxay' sakinləri: 'Polislə gəliblər, xof yaradırlar, bizsə çıxmaq fikrində deyilik'


Bakı, Şanxay 2014
Bakı, Şanxay 2014

“Səhər açılandan tökülüşüblər "Şanxay"ın küçələrinə... Məhəllə-məhəllə, küçə-küçə gəzirlər, əşyalarımızı toplamağımızı tələb edirlər. Deyirlər, ‘ya toplanın, evlərdən çıxın, ya da gedirik, bir azdan daha geniş qrup şəklində qayıdacağıq’”.

Bunu AzadlıqRadiosu-na Heydər Əliyev prospektinin yaxınlığında – "Şanxay məhəlləsi" kimi tanınan ərazidə yaşayan Əzizbala Şərifov deyir.

“XOF, QORXU YARADIRLAR”

Bu ərazinin sakinləri 1 aydan çoxdur ki, təşviş içindədir.

Sentyabrın 11-də səhər saatlarından başlayaraq Dəmiryol İdarəsinin və Nizami rayon icra hakimiyyətinin nümayəndələri məhəllələrə gələrək sakinlərdən evlərindən çıxmalarını tələb edirlər.

Buna da bax: Sakinlər: ‘’Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’

Sakinlərsə təklif olunan kompensasiyanın məbləğindən və mənzillərinin ölçüsü zamanı sahənin sənədlərdə azaldılmasından narazıdırlar. Pəhləvan Fərzəliyev küçəsinin sakini Dilarə Əsgərova deyir, sakinlərdə xof yaratmaq üçün əraziyə polis qüvvəsi də töküblər:

"Polis qüvvəsiylə gəliblər, insanlarda xof, qorxu yaradırlar. Bizsə çıxmaq fikrində deyilik. Ölçmə işləri düzgün aparılmayıb. Evlərimizin sahəsini azaldıb real ölçülərdən aşağı qeyd ediblər. 387 kv evi 250 kv yazıblar, 110 kv evi 75 kv yazıblar və sair... Həyəti, qeyri-yaşayış sahələrini, hamamı, tualeti hesablamayıblar. Üstəlik də, kompensasiyanın məbləği azdır".

Buna da bax: Azərbaycan Qərbdən üz çevirsə nə baş verər? [media icmalı]

“BİR AYIN İÇİNDƏ BURALAR ŞUMLANMALIDIR”

Hazırda sakinlərə bildirişlər imzalatmağa çalışırlar. Sakinlərsə sözü bir yerə qoyaraq bildirişləri imzalamaqdan imtina edir. Elə mübahisənin səbəbi də budur. Dövlət qurumlarının nümayəndələri sakinlərə xəbərdarlıq ediblər ki, tezliklə evlərini tərk etsələr də, etməsələr də evlər söküləcək. Dilarə Əsgərova:

"Deyirlər, tapşırıq var, bu ayın içində buralar şumlanmalıdır. Göyə də çıxsanız, yerə də girsəniz, söküləcək, vəssalam".

Sakinlər deyirlər, bir neçə yerli telekanala müraciət etsələr də, heç bir telekanal onların problemini işıqlandırmağı öz üzərinə götürməyib. Sakinlər çarəsiz qaldıqlarını bildirirlər.

Buna da bax: Zərqavalılardan məktəb tələbi

KVADRATINA 1000 MANAT VERİLİR

Bu il avqustun 1-də Şanxay sakinləri "Qaynar xətt"ə demişdilər ki, 1 həftədir Dəmiryol və Nizami rayon icra hakimiyyətinin işçiləri ərazidə ölçmə işləri aparırlar. Sakinlərə 1 ay ərzində evlərinin söküləcəyi bildirilmişdi. Nizami rayon icra hakimiyyətindən "Qaynar xətt"ə deyilmişdi ki, bu işlər Nazirlər Kabinetinin uyğun qərarı ilə həyata keçirilir.

Bu dəfə isə qurumdan bildirildi ki, sentyabrın 11-də Dövlət Dəmir yolu İdarəsi ASC-də yaradılmış xüsusi komissiyanın üzvləri ərazidə olaraq vətəndaşlarla görüşüb və onlara xəbərdarlıq ediblər: “Orada 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay"dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. Bu evlərin söküntüsü qaçılmazdır. Hökumət sakinlərə hər kvadratmetrə görə 1000 manat məbləğində kompensasiya təklif edib”.

Qurumdan deyilib ki, həmin ərazidəki evlərin sənədsiz olması nəzərə alındıqda, təklif olunan kompensasiyanın məbləği normaldır.

XS
SM
MD
LG