Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:38

Borrell: Talibanla danışıqlara getməli olacağıq


BELGIUM -- European Union foreign policy chief Josep Borrell gives a video press conference with the media after the meeting of EU foreign ministers at the European Council building in Brussels, April 19, 2021
BELGIUM -- European Union foreign policy chief Josep Borrell gives a video press conference with the media after the meeting of EU foreign ministers at the European Council building in Brussels, April 19, 2021

Borrell deyib ki, Avropa Birliyinin hazırda əsas vəzifəsi, birliyin əməkdaşları və onların yerli köməkçilərini Kabildən evakuasiya etməkdir. Onun sözlərinə görə bu cür yerli işçilərin sayı, ailə üzvləri ilə birlikdə təxminən 400 nəfərdir

“Avropa Birliyi Talibanla o halda əməkdaşlıq edəcək ki, qadın hüquqları da daxil olmaqla, fundamental hüquqlara hörmətlə yanaşsın və terrorçuların Əfqanıstanın ərazisindən istifadə etməsinə imkan verməsin”.

Reütersin məlumatına görə, bunu avqustun 17-də Avropa Birliyi xarici işlər nazirlərinin Brüssel görüşündən sonra, birliyin xarici siyasət məsələləri üzrə rəhbəri Josep Borrell bəyan edib.

"Mən demədim ki, Talibanı tanımağa hazırlaşırıq. Sadəcə dedim ki, biz onlarla hər şeyi müzakirə etməliyik, hətta qadın və qızları qorumağa çalışmalı, bunun üçün onlarla əlaqə qurmalıyıq”, Borrel mətbuat konfransında vurğuylayıb.

Borrell deyib ki, Avropa Birliyinin hazırda əsas vəzifəsi, birliyin əməkdaşları və onların yerli köməkçilərini Kabildən evakuasiya etməkdir. Onun sözlərinə görə bu cür yerli işçilərin sayı, ailə üzvləri ilə birlikdə təxminən 400 nəfərdir.

Borrellin sözlərinə görə, İspaniya, Avropa Birliyi ölkələrində sığınacaq verilməzdən əvvəl, onları qəbul etmək üçün xüsusi mərkəz rolunu oynamağı təklif edib.

Borrell həmçinin qeyd edib ki, Əfqanıstan xalqına hümanitar yardımlar davam etdirilməli və hətta artırılmalıdır. Amma bu yardımlar Əfqanıstan rəhbərliyinə şərtlərə əməl olunacağı halda verilməlidir.

O, qeyd edib ki, potensial hümanitar böhran və miqrasiya faciəsinin qarşısını almaq üçün yaxın vaxtlarda dialoqa başlamaq lazımdır.

“Biz Kabil rəhbərliyi ilə əlaqə saxlamalıyıq. Taliban müharibəni udub, ona görə də onlarla danışmalı olacağıq”, deyə o vurğulayıb.

Borrell Kabilin Taliban tərəfindən zəbtini, 2014-cü ildə Rusiyanın Krıma soxulmasından sonra ən vacib geosiyasi hadisə adlandırıb.

“Bu, dünyadakı geosiyasi balansa təsir edəcək. Ona görə də Avropa Birliyi Türkiyə, İran, Pakistan, Rusiya və Çin kimi ölkələrlə daha sıx əməkdaşlıq etməli olacaq” deyı Borrell vurğulayıb.

Qeyd edək ki, Talibanın sözçüsü Zabihullah Mücahid bundan əvvəl, hərəkatın digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrində olduğunu bəyan edib.

Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

XS
SM
MD
LG