Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:46

Qeyri-neft sektorunda kəsir artır...


İlham Əliyevin ona nar payı göndərən fermerin dərdindən xəbəri oldumu?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

İlham Əliyevin ona nar payı göndərən fermerin dərdindən xəbəri oldumu?

Kəsir profisitlə əvəzlənsə də...

Mərkəzi Bank 2021-ci ilin üç rübündə Azərbaycan Respublikasının tədiyə balansına dair göstəricilərini açıqlayıb. Bu balans ölkənin makroiqtisadi durumu haqqında dolğun təsəvvür yaratmaq baxımından ən önəmli statistik göstəricidir. Axı söhbət ölkənin beynəlxalq iqtisadi əlaqələrinin ölkəyə daxil olan və ölkədən çıxan valyuta ilə ifadə edilmiş dəyərindən və aradakı fərqdən gedir. Ötən ilin nəticələrinə görə, sözügedən fərq o qədər də uğurlu olmayıb - Azərbaycanın tədiyə balansında 1 milyard 988 milyon dollar həcmində kəsir yaranıb. Pandemiyadan öncəki 2019-cu ildə isə ölkənin tədiyə balansında nəinki kəsir qeydə alınmamış, hətta 5 milyard 143 milyon dollar məbləğində müsbət saldo yaranmışdı.

Bu ilin ilk üç rübü ərzində tədiyə balansında ötən illə müqayisədə yaxşılaşma gözə çarpır. İlin ilk doqquz ayında cari əməliyyatlar balansında 3 milyard 900 milyon dollar həcmində müsbət saldo yaranıb. Tədiyə balansının toplam saldosu 2 milyard 437 milyon dollar olub.

Müsbət saldonun yaranması, hər zaman olduğu kimi, neft-qaz gəlirlərinin artmasından qaynaqlanıb. Rəsmi açıqlamada qeyd edilir ki, cari əməliyyatlar balansının neft-qaz sektoru üzrə profisiti ötən ilin eyni dövrünə nəzərən 2.1 dəfə artaraq 8.2 milyard dollara yüksəlib. Qeyri-neft sektoru ilə bağlı isə ənənəvi kəsr qalmaqdadır. Qeyri-neft sektorunda cari əməliyyatlar balansının kəsiri hətta ötən ilin eyni dövrüylə müqayisədə də 1.5 faiz artıb. İlk üç rübdə neftdənkənar sektor üzrə kəsir 4.3 milyard dollar olub. Hazırda tədiyə balansında durum yaxşı olsa da, bu məqam Azərbaycan iqtisadiyyatı üçün riskin hər zaman qüvvədə qalmasının göstəricisidir. İxracın, az qala, 90 faizi neft və qaz sənayesi ilə bağlı olduğundan həmin sektordan kənar sahələrin ölkəyə valyuta gətirməsi çox da real deyil. Bu baxımdan, neft və qaz ciddi şəkildə ucuzlaşanda Azərbaycanın tədiyə balansında da ciddi problemlər üzə çıxa bilər.

Tədiyə balansı milli valyutanın gələcək məzənnəsinə dair fikir formalaşdırması baxımından da önəmlidir. Axı bu balansın uzun müddət kəsirli olması mili valyutanın xarici valyutalara qarşı ucuzlaşdırılması ehtimalını gündəmə gətirir. Çünki ölkədən çıxarılan valyuta ölkəyə gətirilən valyutanı üstələyərsə, dövlət büdcəsinin öz öhdəliklərini yerinə yetirməsində problemlər yaşana bilər.

Xarici ticarət

2021-ci ilin doqquz ayı üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 21.4 milyard dollar olub. Burada neft-qaz sektoru üzrə 11 milyard dollar həcmində profisit qeyri-neft sektoru üzrə 4.6 milyard dollar həcmində kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 6.4 milyard dollarlıq profisit yaranıb. Hesabat dövründə dünyanın 183 dövləti ilə Azərbaycanın ticarət əlaqələri olub. Həmin dövrdə ölkənin əmtəə ixracı 13.9 milyard dollara yüksəlib. Bu, ötən illə müqayisədə dəyər olaraq 42.3 faiz çoxdur. İxracın 12.2 milyard dollarlıq bölümü, yəni 88 faizi neft-qaz sənayesinin payına düşüb. Burada daha bir maraqlı məqam da odur ki, sırf neft satışından əldə edilən gəlirin 93 faizi xam neftdən qaynaqlanıb. Neft emalı müəssisələri məhsullarının buradakı payı cəmi 7 faizdir. Başqa deyimlə, Azərbaycanın neftdən əldə etdiyi hər 100 manatın 93 manatı xam neftdən gələn gəlirdən, cəmi 7 manatı neft məhsullarındandır.

İdxala gəlincə, idxalın 48 faizi istehlak mallarıdır. Təkcə azuqənin toplam idxaldakı payı 16 faizdir. Son bir il ərzində ən çox əczaçılıq məhsullarının (1.5 dəfə), ətir və kosmetik vasitələrin idxalı artıb.

Turizmdə kəsir artır

Tədiyə balansında diqqətçəkən bir məqam da turizm sektorunda mənfi saldo həcminin artmasıdır. Ötən il ölkənin turizm sektorunda 66 milyon dollar kəsir vardısa, bu ilin doqquz ayında həmin rəqəm 244 milyon dollara yüksəlib, yəni Azərbaycan vətəndaşlarının xaricdə xərclədiyi vəsait əcnəbilərin Azərbaycanda xərclədiyi vəsaiti 250 milyon dollara yaxın qabaqlayıb. Kəsirin böyüməsi, əsasən, Azərbaycanda turizm xidmətləri ixracının iki dəfəyə yaxın azalmasından qaynaqlanıb. Əgər ötən il bu göstərici 244 milyon dollar idisə, bu il 124 milyon dollara enib.

Maliyyə hesablarındakı defisitsə 500 milyon dollara yaxın azalıb və 1 milyard 517 milyon dollara enib. Bu azalma, əsasən, "digər investisiyalar" bölməsi üzrə mənfi saldonun 900 milyon dollara yaxın azalması ilə bağlıdır. Əgər ötən il tədiyə balansının bu maddəsi üzrə 1 milyard 400 milyon dollar həcmində kəsir vardısa, bu il həmin göstərici 536 milyon dollara enib. Maliyyə balansı üzrə saldo ölkəyə birbaşa və portfel investisiyaların, nağd, depozit və kredit formasında daxil olan vəsaitlərlə eyni qaydada ölkədən çıxan vəsaitlərin arasındakı fərq əsasında formalaşır. Maliyyə hesabları ilə bağlı diqqətçəkən daha bir məqam odur ki, ötən ilin əksinə bankların xaricdəki aktivləri artıb. Belə ki, ötən ilin doqquz ayı ərzində Azərbaycan banklarının xaricdəki aktivləri hesabına ölkəyə 1 milyard 200 milyon dollar həcmində giriş qeydə alınıb. Bu ilin ilk doqquz ayında isə, əksinə, eyni kanal vasitəsilə ölkədən 337 milyon dollarlıq çıxış var. Ötənilki göstəricini ucuz neft qiymətləri şəraitində yerli bankların xaricdəki aktivlərini geri çağırması ilə əlaqələndirmək olar.

XS
SM
MD
LG