Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:53

'…200-dən çox şirkət bir ünvanda göstərilir'


Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?
Gözlə

No media source currently available

0:00 0:05:56 0:00

Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?

Dövlət satınalmaları haqqında yeni qanun layihəsinin hazırlandığı bildirilir. Ötən həftə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının nümayəndələri ilə keçirilən görüşdə tərəflər "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsini müzakirə ediblər. Xidmətdən yayılan məlumata görə, orada dövlət satınalmaları üzrə müsabiqələrdə səmərəliliyin artırılması yollarından bəhs edilib. Hələlik, bu qurumdan layihənin detallarını öyrənmək mümkün olmayıb.

2002-ci ildə qəbul olunmuş "Dövlət satınalmaları haqqında" Qanunun tətbiqi ilə bağlı fərmana elə bu il dəyişiklik edilib.

Bundan əvvəl isə qanuna 2021-ci ilin mayında ölkə parlamentində bir sıra dəyişiklik edilmişdi.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, 2021-ci ildə ölkə üzrə ümumilikdə 12 min 129 satınalma tətbiq edilib. Bununla da 6 milyard 11.7 milyon manat dəyərində satınalma müqavilələri bağlanılıb. Bu da 2020-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 555.5 milyon manat (8.5 faiz) azdır. Amma say bundan 30 faiz çox olub.

Bir aylıq şirkət 48 minlik tenderi necə qazanıb?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Hesablama Palatası: "Nöqsanlar yüksək olub"

Azərbaycanda dövlət satınalmaları prosesinə audit nəzarətini Hesablama Palatası həyata keçirir. Qurumun 2021-ci ilə aid hesabatında bildirilir ki, Ümumi Daxili Məhsulun (ÜDM) və dövlət büdcəsinin xərclərinin artımı fonunda satınalmaya cəlb olunmuş vəsaitin həcmində azalma müşahidə edilib. Rəyə görə, büdcə qanunvericiliyi və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu ilə bağlı nöqsanlar yüksək olub.

Lakin bununla yanaşı, qurum vurğulayıb ki, ölkədə e-satınalma modelinin tətbiq edilməsi son nəticədə müsbət nəticələr verib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə "Turan"a bildirib ki, satınalmalarla bağlı qanunvericilik bazasında hər şey yaxşıdır. Onun sözlərinə görə, problemlər olursa, onlar daha çox qanunların icrasında və onlara nəzarətdə baş verir: "Bu, maliyyə vəsaitlərinin ayrılması ilə bağlı olan sferaları inqilabi və şəffaf relslərə keçirilməsində baş verir. Amma bu, yalnız Azərbaycanın problemi deyil, bütün postsovet məkanında bu problem var".

R.Quliyev
R.Quliyev

"Korrupsiya sxemləri qurmağa imkanlar daha azdır"

Komitə üzvü qeyd edib ki, ildən-ilə gedən proseslər vəziyyətin yaxşılaşdığını göstərir: "Vəsaitlərin istifadəsi daha şəffaf və səmərəli həyata keçirilir, yayınmalar və hər hansı korrupsiya sxemləri qurmağa imkanlar daha azdır".

Onun sözlərinə görə, proses gedir, amma hökumət istəyir ki, bu, daha yüksək templərlə həyata keçirilsin.

Deputat əlavə edib ki, Hesablama Palatasından Baş Prokurorluğa göndərilən müraciətlərin aqibəti də çox maraqlıdır: "Bizə maraqlıdır ki, büdcədən oğurluq edən və ya vəsaitləri rasional xərcləməyən məmurlar necə cəzalandırılıb".

Bu suala, hələlik, Baş Prokurorluqdan cavab almaq mümkün olmayıb.

N.Bəydəmirli
N.Bəydəmirli

"Qanunlar normal yazılıb, onların icrasında…"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda hakimiyyətin işlək vəziyyətini göstərmək üçün ara-sıra müxtəlif qanunlar qəbul edilir: "Daha çox sevirlər ki, müxtəlif qanunlara dəyişiklik edilsin. Amma Azərbaycanda qanunların beynəlxalq təcrübələrə uyğun olması ilə bağlı problem yoxdur".

O hesab edir ki, qanunlar normal yazılıb, amma onların icrasında ciddi problemlər var: "Əksər jurnalist araşdırmaları göstərir ki, böyük rəqəmlərlə ölçülən çox ciddi korrupsiya elementləri olan maliyyə mexanizmləri vasitəsilə kağız üzərində tenderlər keçirilir və qanunun müddəalarını gözləmədən məmurlara yaxın şirkətlərə verilir".

İşadamı bu sahədə rəqabətə də toxunur: "Elə hallar var ki, 200-dən çox şirkət bir ünvanda göstərilir. Adətən bu şirkətlər birgünlük şirkətlərdir, yaradılır, tender udulur, "otkat" götürülür və şirkət yoxa çıxır".

XS
SM
MD
LG