Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Türkmənistan diplomatları Avropada ən çox qanun-qayda pozanlar siyahısında


Türkmənistanın Fransadakı səfirliyi, 13 may 2021
Türkmənistanın Fransadakı səfirliyi, 13 may 2021

Hazırda Avstriyada yaşayan keçmiş səfirlərdən biri hesab edir ki, türkmən diplomatlarının cinayətlər fonunda xatırlanması kadrların peşəkarlıq və ixtisasa görə deyil, rejimə şəxsi sədaqətinə görə seçilməsinin nəticəsidir

AzadlıqRadiosunun türkmən xidməti Türkmənistan səfirlərinin müxtəlif ölkələrdə törətdiyi qanun pozuntularına, etdikləri zorakılıqlara dair yazı hazırlayıb. İlk olaraq yazıda alman mətbuatına istinad edən "Turkmen.news"un xəbərinə diqqət çəkilir. Beləki həmin yazıda vurğulanır ki, Almaniyadakı türkmən diplomatları yol hərəkəti qaydalarını tez-tez pozanlar siyahısına daxil edilib.

Yazıda bundan əvvəl də müstəqil nəşrlərin Türkmənistan prezidentinin qızı və kürəkəninin Londonda necə xoşagəlməz vəziyyətə düşməsi, Türkmənistanın Fransadakı səfirinin məişət zorakılığında ittiham edilməsi, Türkmənistanın İstanbuldakı konsulluğunda bir fəalı döyməsi barədə məlumat yayıldığı xatırlanır.

Yazıda vurğulanır ki, “Spiegel” jurnalında Türkmən diplomatlarının ən pis yol hərəkəti qaydalarını pozanlar arasında olması ilə bağlı xəbər Xristian Demokratik Birlik partiyasının Berlin daxili işlər idarəsindən əldə etdiyi məlumatlara əsaslanır.

Parlamentin sorğusuna cavab olaraq göndərilən polis məlumatlarına görə, 2021-ci ilin 11 ayı ərzində Almaniyanın paytaxtında xarici diplomatlar tərəfindən 9973 yol hərəkəti qaydaları pozuntusu törədilib.

Həmin məlumata görə, ötən ilin yanvar-noyabr aylarında xarici diplomatlar 46 qəza törədib, 28 halda isə qəza yerindən qaçıblar. Diplomatlar toxunulmazlıqlarına görə cinayət məsuliyyətinə cəlb edilməyiblər.

Hesabatda deyilir ki, onlara cərimə kəsilsəydi, o zaman büdcəyə təxminən 200 min avro gəlir daxil olardı. Berlində yol hərəkəti qaydalarını pozan ilk onluğa türkmən diplomatlarından başqa Səudiyyə Ərəbistanı, Yunanıstan, ABŞ, İraq, Rusiya, Sudan, Misir, Yəmən və İndoneziya diplomatik nümayəndəliklərinin əməkdaşları da daxil edilib.

Çox vaxt diplomatlar sürət həddini aşaraq parkı səhv salıblar. Ötən il türkmən diplomatları təkcə Berlin yollarında səhlənkarlıqları ilə deyil, həm də medianın diqqətini çəkən məişət zorakılığı və insan haqlarının pozulması ilə diqqət çəkiblər.

Türkmənistanın Fransadakı səfiri həyat yoldaşı və qızına qarşı zorakılıqda şübhəli bilinib.

Fransanın “Le Parisien” qəzeti ötən il mayın 13-də Türkmənistanın Fransadakı səfirinin həyat yoldaşı və 19 yaşlı qızının məişət zorakılığına məruz qalması barədə məlumat yayıb.

Fransız jurnalistlərin əldə etdiyi məlumata görə, 2021-ci il mayın 12-də 46 yaşlı diplomatın həyat yoldaşı özünün və qızının əri tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib. Məlumatda qeyd edilib ki, polis hadisə yerinə gələndə ailə başçısı evdə olmayıb. Qadın və qıza oteldə müvəqqəti sığınacaq verilib.

Amma Fransız nəşri yazıda ailə zorakılığında ittiham olunan türkmən diplomatın adını çəkməyib.

Lakin 2021-ci il avqustun 18-də Türkmənistanın rəsmi mediası prezident Qurbanqulu Berdiməhəmmədovun Türkmənistanın Fransa və Portuqaliyadakı səfirini istefaya göndərdiyini bildirib.

Amma bu rəsmi açıqlamada işdən çıxarılma səbəbi göstərilməyib. Amma radio müxbirinin yazısında 2018-ci ilin dekabrından Şöhrət Cumaevin Türkmənistanın Fransadakı səfir vəzifəsində çalışdığını yazır.

Yazıda Türkmənistan prezidentinin ailə üzvlərinin, xüsusən də qızı və kürəkəninin Londonda etdiyi pozuntunu da xatırladır.

Qeyd olunur ki, 2019-cu ilin payızında Türkmənistanın Londondakı səfirliyinin birinci katibi vəzifəsini tutan prezidentin qızı Oğulcahan Atabayeva və orada konsul işləyən həyat yoldaşı Dövlət Atabayevin yol hərəkəti qaydalarını necə pozduğunu əks etdirən video yayılıb.

«Diplomats don't care about the law?» (“Diplomatlar qanunlara əhəmiyyət vermir?”) adı altında paylaşılan həmin videoya indiyə qədər 42 mindən çox baxış olub. Videoda Britaniya vətəndaşının ər-arvad türkmən diplomatlarına avtomobil idarə edərkən mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarını pozaraq özlərinin və başqalarının həyatını təhlükəyə atdıqlarına dair irad bildirir. Dövlət Atabayev isə həmin şəxsə kobud cavab verir.

Yazıda ötən il Türkmənistanın İstanbuldakı konsulluğunun da özünəməxsus davranışı ilə diqqət çəkdiyi vurğulanır.

Qeyd olunur ki, avqust ayında türkmən fəallarından biri Fərhat Durdıyev konsulluğun binasına gətirilərək işçilər tərəfindən döyülüb. Fəal hadisədən sonra Türkiyə polisinə şikayət edib.

Türkmənistanın Türkiyə və İsraildəki keçmiş səfiri Nurməhəmməd Xanamov işlədiyi ölkələrdə diplomatik fəaliyyəti dövründə Türkmənistanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının yerli qanunlara ciddi əməl etdiyini və öz ölkələrinin nüfuzunun qorunub saxlanmasına xüsusi diqqət yetirdiklərini xatırladır.

Amma Xanamovun sözlərinə görə, o vaxtkı prezident Saparmurad Niyazov özünü ömürlük hökmdar elan etdikdən sonra diplomatlar arasında Aşqabadın siyasətindən narazılıq artmağa başlayıb və onların bir çoxu xarici ölkələrdən siyasi sığınacaq istəyib, müxalifətçilik fəaliyyəti ilə məşğul olub.

Hazırda Avstriyada yaşayan Xanamov hesab edir ki, türkmən diplomatlarının ev sahibi ölkələrdəki cinayətlər fonunda xatırlanması kadrların peşəkar keyfiyyətlərə və ixtisaslara görə deyil, rejimə şəxsi sədaqət nöqteyi-nəzərindən seçilməyin nəticəsidir.

“Birincisi, hakimiyyətə yaxın adamları səfir təyin edirlər ki, qəbul edən ölkələrdən sığınacaq istəməsinlər"-keçmiş diplomat bildirir.

XS
SM
MD
LG