Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:54

Ukraynada ağır döyüşlər gedir


Donetskdə Ukrayna hərbçiləri
Donetskdə Ukrayna hərbçiləri

Ukraynanın şərqində Rusiyanın davamlı hücumuna qarşı ağır döyüşlər gedir. Prezident Volodimir Zelenski vəziyyətin “ağır” olduğunu deyərək bir daha Ukraynanın Qərb müttəfiqlərini Kiyevə müasir ağır silahlar, o cümlədən tanklar göndərmək qərarını sürətləndirməyə çağırıb.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) yanvarın 19-da Berlində Ukraynaya bu ölkənin istehsalı olan tankların göndərilməsi məsələsini müzakirə edəcək.

Avropa Şurasının Prezidenti Şarl Mişel də yanvarın 19-da Kiyevə səfər edəcəyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 19-da açıqladığı gündəlik məlumata görə, son 24 saat ərzində Luqansk və Donetsk vilayətlərinə Rusiyanın hücumları davam edir. Rusiyalıların Luqanskda Bilohorivka, qonşu Donetskdə isə Baxmut, Soledar və Avdiyevkanını hədəfə aldığı bildirilir.

Sərhəddə vəziyyət

Ordu Rusiya və Belarus əsgərlərinin Ukrayna sərhədi boyunca hərəkətlərinin izləndiyini, ancaq indiyədək hücum hərəkətləri aşkarlamadığını qeyd edir.

Zelenski yanvarın 18-də İsveçrədə Dünya İqtisadi Forumunda virtual çıxışında deyib ki, Rusiyanın hücumlarını önləmək üçün Qərb tank və havadan müdafiə sistemlərini daha tez göndərməlidir.

“Cəbhədə vəziyyət ağır olaraq qalır, Donbas ağır və qətiyyətli döyüşlərin episentridir”, – Zelenski vurğulayıb.

“Azad dünya fikirləşdiyi bir vaxtda terrorçu dövlət öldürməklə məşğuldur. Qərb tanklarının göndərilməsi Rusiya tanklarının daha bir işğalından tez baş verməlidir”, – Zelenski bildirib.

Norveçə sığınmış keçmiş "Vaqner" komandiri: ""Vaqner" öz muzdlularını güllələyirdi"
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Şoltsun vədi

Kiyev dəfələrlə Berlini ona dünyada ən yaxşı sırasında olan Almaniya istehsalı “Leopard-2” tanklarını verməyə çağırıb.

Davos forumunda çıxış edən Almaniya Kansleri Olaf Şolts deyib ki, ölkəsi Ukraynaya “nə qədər çəkərsə” dəstək verəcək.

Şolts Ukraynaya böyük miqdarda silah, o cümlədən artilleriya, havadan müdafiə sistemləri və zirehli maşınlar verildiyini söyləyib.

Ancaq Kiyevin, eləcə də NATO müttəfiqləri və üzvlərinin tənqidlərinə baxmayaraq, Şolts indiyədək sözügedən tankların Ukraynaya göndərilməsinə qarşı çıxıb.

ABŞ da Abrams göndərmir

Məlumatlara görə, Almaniyanın bu qərarsızlığı ABŞ-ın Kiyevə müasir Abrams tankları göndərməməsiylə bağlıdır.

ABŞ Müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kahl isə yanvarın 18-də Pentaqonda jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar hazırda həmin tankları göndərməyə hazır deyil.

“Abrams tankı çox mürəkkəb texnikadır, bahalıdır, onunla bağlı təlim keçmək çətindir, reaktiv mühərriklidir… Onu saxlamaq asan deyil”, – Kahl vurğulayıb.

Yanvarın 19-da Berlinə gələcək Ostin ertəsi gün Ramşteyndəki ABŞ hərbi bazasında Ukrayna Müdafiə Kontakt Qrupunun görüşünü keçirəcək. Görüşdə Ukraynaya əlavə hərbi yardım müzakirə ediləcək.

XS
SM
MD
LG