Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:40

Ötən il qaçqın sayı rekord həddə çatıb


Əfqan qaçqınlar Pakistanla sərhəddə
Əfqan qaçqınlar Pakistanla sərhəddə

“Son dekadanın hər ilində bu rəqəmlər yüksəlib”

2021-ci ildə evlərindən qaçmağa məcbur olanların sayı rekord həddə çatıb, məcburi köçkünlüyün sürəti və miqyası isə qaçqınlar üçün həll variantlarını geridə qoyur. BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) iyunun 16-da illik hesabatında belə deyir.

“Qlobal Tendensiyalar Hesabatı”nda qeyd edilir ki, 2021-ci ildə 89.3 milyon adam təqib, münaqişə, zorakılıq, insan haqları pozuntuları və ictimai asayişi ciddi təhdid edən digər hadisələr nəticəsində məcburi köçkünə çevrilib.

Qaçqın sayı 100 milyonu keçib

Bu, bir il öncəylə müqayisədə 8 faiz artıq, on il öncəkindən isə iki dəfə çoxdur, qurum əlavə edir.

UNHCR Rusiyanın fevralda Ukraynaya hücumunun qaçqın sayı ilə bağlı narahatlığı artırdığını bildirir. Bu işğal 2-ci Dünya müharibəsindən bəri ən sürətli və ən böyük məcburi köçkünlük böhranlarından birinə səbəb olub. Afrika, Əfqanıstan, dünyanın başqa yerlərindəki “fövqəladə vəziyyətlər” isə 2022-ci ildə qaçqın sayının 100 milyonu keçməsilə nəticələnib.

“Son dekadanın hər ilində bu rəqəmlər yüksəlib”, – BMT-nin qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi söyləyib.

“Bundan sonra nə olacağı bizim əlimizdədir. Ya bu bəşəri ümidsizliyi yoluna qoymaq üçün hərəkətə keçərək davamlı həll variantları tapmalı, ya da dəhşətli yeni rəqəmlərə doğru qaçmalıyıq”, – o, sözlərinə əlavə edib.

Münaqişələr

Hesabatda deyilir ki, Rusiya işğala başlayandan 7.1 milyon ukraynalı ölkə daxilində köçkünə çevrilib, 6 milyondan çox insan isə ölkəni tamamilə tərk edib.

UNHCR ərzaq qıtlığı, inflyasiya, iqlim dəyişikliyinin adamların çətinliklərini daha da ağırlaşdırdığını qeyd edir.

Ötən il münaqişələr nəticəsində ölkələri daxilində köçkünə çevrilənlərin sayı 15-ci il ardıcıl artaraq 53.2 milyona çatıb.

Əfqanıstanda 2021-ci ildə qaçqın sayında 4 faizlik illik artım qeydə alınıb. Ötən il beynəlxalq qüvvələr bu ölkədən çıxarılıb, Taliban silahlıları hakimiyyəti ələ keçirib. Əfqanıstan 2.71 milyon qaçqınla Suriya (6.8 milyon) və Venesueladan (4.6 milyon) sonra üçüncü yerdədir.

XS
SM
MD
LG