Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:36

Binalar hansı materialla üzlənir, deyilmir- [Fotolar]


►Bir neçə aylıq fasilədən sonra Bakıda bəzi binaların yenidən üzlənməsinə başlanılıb.

Əhmədli qəsəbəsində, Zığ yolu küçəsində yerləşən binaların ətrafında yük maşınlarının, daşkəsən qurğuların səsindən qulaq tutulur.

Fəhlələr deyirlər ki, yerli icra hakimiyyətindən qar-yağış başlayana qədər yolun kənarındakı bütün binaları üzləyib qurtarmalarını tələb ediblər.

Qeyd edək ki, elə ötən gecə- oktyabrın 5-də Bakıya güclü yağış yağıb.

Çox möhkəmdir, betondandır, yanmır. Necə deyərlər, odda yanmır, suda batmır. Uşaqlar o gün maraq üçün yandırdılar, yanmadı.

İş icraçıları söyləyir ki, bu binalar əvvəl poliuretanla üzlənib. Mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəicələnən bina yanğınından sonra şəhərdəki bir çox tikililərin üzlükləri kimi bu binaların da üzlükləri sökülüb.

Fəhlələrdən biri:

“Avropa Oyunlarından sonra dedilər ki, iş dayansın. Sonra da yay oldu. İndi artıq işə başlamışıq. Özü də bu üzlüklər əvvəlkilərin tayı deyil. Çox möhkəmdir, betondandır, yanmır. Necə deyərlər, odda yanmır, suda batmır. Uşaqlar o gün maraq üçün yandırdılar, yanmadı. Həm də bahalıdır, özü də xarici maldır. İşi də tez qurtarmalıyıq, bundan artıq bir şey deyə bilmərəm”. (Ardı aşağıda)

Arif Hacılı: "Göstərmək istəyirik ki, ölkədə müxalifət var"

"Səs-küydən oturub-dura bilmirik"

Üzlənən binada yaşayanlar ilk vaxtlarda çox narahat olduqlarını dilə gətirirlər. Binanın sakini Güləhməd Məmmədov deyir, hətta üzlənmənin qarşısını da almaq istəyiblər:

“Neyləyək, gözümüz qorxub. Dedik bu da yanar. Ancaq böyükləri gəldi, kağız-zad göstərdilər. Qonşulardan yandıran da oldu, yanmadı. Ondan sonra rahatlandıq. Ancaq səs-küydən yatıb-otura bilmirik”.

Üzlük mütləq vurulmalıdır? Dedik ki, “heç üzlük istəmirik”. Kimdir bizi eşidən? Elə bil bu binada biz yaşamırıq.

Azyaşlı uşaq anası Fəridə Əliyeva deyir ki, üzlüklər söküləndən sonra sakinlərin narahatlığı bitsə də, sevincləri uzun çəkməyib:

“Səsdən qulaqlarımız uğuldayır, körpə uşaqlarımı günorta yatırda bilmirəm. Üzlük mütləq vurulmalıdır? Dedik ki, “heç üzlük istəmirik”. Kimdir bizi eşidən? Elə bil bu binada biz yaşamırıq. Binamızın üzlüksüz görünüşü də yaxşı idi. Sonra gəlib o sarı, yanan materialdan vurdular. Qışqırdıq, bağırdıq, sökmədilər. Sonra o iki bina yandı. İkincidəki adamların canı getdi, ondan sonra ayıldılar. Yayda sökdülər. Özləri vururlar, sonra sökürlər, indi yenə vururlar. Qorxuram hazır olandan bir-ik ay sonra gəlib yenə söksünlər”.

İş icraçıları ilə sakinlərə deyir ki, onların vəzifəsi tapşırılan işi yerinə yetirməkdir:

“Bir də ki, istəməzsiniz ki, binanız gözəl görünsün? Şəhərimiz gözəlləşir də...” (Ardı aşağıda)

Buna da bax: Tibbi sığorta 200-cən xidməti əhatə edəcək

Yerli icra qurumlarından səs çıxmır

Sentyabrda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi binaların üzlənməsində istifadə edilən profillənmiş fibrosement lövhələr və fitinqlərlə bağlı dövlət standartı qəbul edib.

(+420) 778 711 70 - WhatsApp nömrəmiz. Çəkdiyin video və fotoları bizə göndər

Bu məhsullar AzStandartın yenicə qəbul etdiyi beynəlxalq standartların içində yer alıb.

Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirdilər ki, yeni üzlüklərlə şəhər icra hakimiyyəti məşğul olmur:

“Bu işlə yerli icra hakimiyyətləri, mənzil-təsərrüfat şöbələri məşğul olur. Onlardan soruşun”.

Xətai rayon İcra Hakimiyyətindən gün ərzində bildirdilər ki, təsərrüfat şöbəsinin müdiri ərazilərdə olduğundan məlumat verə bilməzlər. Bir onu əlavə etdilər ki, üzlüklər keyfiyyətlidir, yanmağa davamlıdır.

Məlumatsızlıq suallar yaradır

İqtisadçıların fikrincə, yeni üzlüklərin hansı materialdan olması, qiyməti haqqında məlumat verilmirsə, bu, korrupsiya elementlərindən xəbər verir.

Memar Fərid Kəlbiyev deyir ki, əgər məqsəd yaxşı görünüş təqdim etməkdirsə, bu məqsədlə binaların üzlənməsi vacib deyil:

“Bunun üçün binaları çox ucuz, yanmayan, ekoloji təmiz maddələrlə suvamaq olar. Gözəl görünsün deyə müxtəlif rənglərdən də istifadə etmək olar. Biz memarlar həmişə deyirdik ki, penoplast, poliuretan üzlüklər təhlükəlidir. Səsimizi eşidən olmurdu. Ta ki, sonuncu yanğın baş verənə qədər. İndiki üzlüklər hansı materialdandır, bilmirəm. Gərək məlumat versinlər ki, biz də bilək. Nə olursa, olsun, birinci növbədə təhlükəsizliyi gözləmək lazımdır. Çünki bu binalarda canlı adamlar yaşayır”.

Mayın 20-də sonuncu yanğınla bağlı yaradılan Dövlət Komissiyasının iclasında komissiyanın sədri Abid Şərifov prezidentə məruzəsində Bakıda 200-dən artıq üzlənmiş bina olduğunu bildirmişdi.

İqtisadçı Natiq Cəfərli deyir ki, hər binanın üzlənməsi 250-500 min arasında başa gəlib. Üzlüklərin yenidən sökülməsi və yeniləri ilə əvəz olunması daha artıq vəsaitin xərclənməsi deməkdir.

İqtisadçıların fikrincə, yeni üzlüklərin hansı materialdan olması, qiyməti haqqında məlumat verilmirsə, bu, korrupsiya elementlərindən xəbər verir.

XS
SM
MD
LG