Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Cərimə et - qazan...


Gündüz Ağayev. "Hava vergisi" (Karikatura)
Gündüz Ağayev. "Hava vergisi" (Karikatura)

Sanksiya tətbiq etdikcə, vergi işçilərinin maaşı artır

«Ayın 18-dən bəri idi ki, rüblük vergi bəyannaməsini elektron qaydada göndərə bilmirdim. Zəng edirəm, deyirlər «sistem yüklənib, bir az sonra cəhd edin». Nəhayət, vergi ödəyicilərinə xidmət şöbəsinə getdim. Orada da adam əlindən tərpənmək olmur. Hamı mənim günümdə imiş. Beləcə hesabatı ayın 20-dək göndərə bilmədim. İndi 40 manat cərimə olunacam. Mənim kimi başqaları da», - Bakıda bərbər işləyən, sadələşdirilmiş vergi ödəyicisi Ramil Zeynalov deyir.

Vergilər Nazirliyinin mətbuat xidmətində hesabatların təqdim olunmasına gərginliyin yaşanmasını təsdiq ediblər, amma bunun günahını vergi ödəyicilərində görürlər: çoxları hesabatın təqdim olunmasını son günlərə saxlayır və sistem bu qədər yükü qəbul edə bilmir.

Vergi hesabatları ilə bağlı texniki problemlərin süni şəkildə yaradıldığını iddia edən də var. Amma Nazirlikdə bu iddia ilə razılaşmırlar.

Buna da bax: Sükan arxasında danışana cərimə necə müəyyən olacaq?

Vergi yoxlamasından qazanmaq necə rəsmiləşdi

Hərçənd vergi orqanlarının işçiləri həqiqətən də cərimə sanksiyalarından gəlir götürür. Doğrudur, buraya Ramil Zeynalov kimi sadələşdirilmiş vergi ödəyicilərinin gecikmiş hesabatına görə cərimə daxil deyil. Vergi orqanlarının işçiləri yoxlama apardıqları qurumlarda tətbiq etdiyi yüksək cərimələrdən gəlir qazanır.

Ekspertlər deyir ki, əvvəl bu sistem qeyri-rəsmi işləyirdi. Vergi yoxlamalarının nəticəsində ödənən qeyri rəsmi vəsaitin bir hissəsi sonra “paket maaşları” şəklində işçilərə qayıdırdı. İndi isə proses rəsmiləşib, büdcədənkənar fond yaradılıb, bununla da vergi işçilərinin “leqal gəlirləri” artıb.

Artan təkcə gəlirlər deyil, həm də əsassız vergi yoxlamaları və yüksək cərimə sanksiyaları ilə bağlı şikayətlərdir.

Elə məhkəmələrdə baxılan inzibati işlərin bir hissəsi artıq hesablanmış vergilərin və maliyyə sanksiyalarının ləğv edilməsi tələbi ilə bağlıdır. Məsələn, bu ilin yanvarında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə meşə materiallarının idxal-ixrac əməliyyatları ilə məşğul olan «Mötəbər» MMC-yə qarşı artıq hesablanmış vergilərlə yanaşı, 436 min 739 manat məbləğində maliyyə sanksiyasının ləğvi haqda qərar qəbul edib.

Buna da bax: Azərbaycanda aksiz vergisi artarsa... [şərhlər]

Əmək haqqı ödəmələri 4 milyondan çox artıb

Vergilər Nazirliyinin doqquz aylıq fasilədən sonra açıqladığı məlumata görə, qurumun büdcədənkənar fondu hesabına əmək haqlarının ödənilməsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 100 min manat daha çox pul sərf olunub.

Büdəcədənkənar fond vergi ödəyicilərənə tətbiq olunan maliyyə sanksiyalarının yarısı hesabına formalaşır. Bu ilin yanvar-sentyabr aylarında fondun vəsaitləri 62,2 milyon manatı keçib. Bu, hətta bütün 2016-cı ildə nazirliyin büdcədənkənar fonduna yığılmış vəsaitdən 7,5 faiz çoxdur. Vergi orqanları vergi ödəyicilərinə nə qədər çox maliyyə sanksiyası yazırlarsa, əlavə gəlirləri də mütənasib şəkildə artır.

Bu il maliyyə sanksiyalarından əldə olunan vəsaitin 39,6 milyon manatı nazirlik sistemində çalışan 2300-dən çox vergi əməkdaşının əmək haqqı fonduna yönəldilib. Müqayisə üçün bir fakt: 2015-ci ildə dövlət büdcəsindən əmək haqqı fondunun maliyyələşdirilməsinə bundan təxminən 2,5 dəfə az - 16 milyon manat xərclənmişdi. Son 9 ayda yığılan qalan 22,6 milyon manat müxtəlif malların alınmasına, xidmətlərin haqqının ödənilməsinə sərf olunub. Bunun əsas hissəsi vergi ödəyicilərinə xidmət terminallarının tikintisinə gedib.

Hərçənd, Ramil Zeynalov kimi vergi ödəyiciləri hələ də elektron xidmətlərdən vaxtında və keyfiyyətli şəkildə istifadə edə bilmədiyi üçün gileylidir.

Yeni qaydalara görə, sanksiyanın hamısı nazirliyə çatacaq

Oktyabrın 20-də hökumət Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadənin yeni qaydasını təsdiq edildiyini açıqlayıb.

Vəsaitin 2016-cı ildə qəbul edilmiş öncəki təyinatla - vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəm-ləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması üçün istifadə olunacağı göstərilir. Bundan sonra vergi ödəyicilərinə tətbiq olunan maliyyə sanksiyasının yarısı deyil, hamısı Vergilər Nazirliyinə çatacaq. Bu pulun 50%-ni əməkdaşların maaşına yönəltmək olacaq. Bir şərtlə ki, onların vəzifə maaşlarından iki dəfə çox olmasın.

XS
SM
MD
LG