Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:57

Xədicə İsmayıl dostlarının azadlığına sevinir


Xədicə İsmayıl
Xədicə İsmayıl

►“Hər hansı gözlənti içində deyiləm"

“Xədicə İsmayıl dostlarının həbsdən çıxmasına sevinir”.

Həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın vəkili Yalçın İmanov belə deyir.

Vəkil bildirib ki, 14 siyasi məhbus hesab edilən şəxsin əfvinə, jurnalist R. Mirqədirov və hüquq müdafiəçisi İ. Əliyevin cəzalarının dəyişdirilərək azadlığa buraxılmasına baxmayaraq, Xədicə İsmayıl ona “hər hansı gözlənti içində deyiləm” deyib.

Yalçın İmanov deyib ki, Xədicə İsmayıl özünü yaxşı hiss edir və çox optimistdir.

Məhkəmə ədalətli olsa...

Vəkil Bakı Apellyasiya Məhkəməsinin jurnalistin barəsində çıxardığı qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq günün hələ təyin edilmədiyini də qeyd edib.

“Kassasiya şikayətini yanvar ayının 19-da vermişik. Bazar ertəsi isə vəkillər kasassiya şikayətinə əlavələr veriblər. Biz şikayətdə cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməsi tələbini qoymuşuq. Hər bir ittihama dəlillərlə münasibətimizi bildirmişik. Məhkəmə hakimiyyəti müstəqil olsa, Xədicə İsmayıl azadlığa buraxılacaq” - deyə vəkil gözləntilərini ifadə edib.

Jurnalistlə bu günlərdə görüşən vəkil bildirir ki, Xədicə İsmayıl özünü yaxşı hiss edir və çox optimistdir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım həbs cəzası alıb Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib.

Buna da bax: Bakı "üzür"...

Bakı "üzür"...
Gözlə
Embed

No media source currently available

0:00 0:03:48 0:00

XS
SM
MD
LG