Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:40

HƏMAS da lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyir


Yəhya Sinvar
Yəhya Sinvar

İranın dəstəklədiyi, ABŞ və Avropa İttifaqının terrorçu təşkilat saydığı HƏMAS qruplaşması lideri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

Qruplaşmanın baş danışmanı Xəlil əl-Həyya oktyabrın 18-də televiziya ilə çıxışında İsrailin məlumatlarını təsdiqləyib. O, İsraili Qəzza zolağında müharibəyə son qoymağa, qüvvələrini çıxarmağa çağırıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) isə deyib ki, Sinvarın aradan götürülməsi “istiqamət dəyişikliyi”nə yol açır.

“Hadisələrin gedişatını izləyəcəyik. Ancaq aydındır ki, istiqamət dəyişikliyi üçün imkanlar var, ümid etmək istəyirik ki, həm Livanda, həm də Qəzzada tərəflər bundan yararlanacaqlar”, – L.Ostin oktyabrın 18-də NATO müdafiə nazirlərinin görüşü üçün Brüsselə səfəri zamanı deyib.

+++

İsrailin xarici işlər naziri İsrael Kats ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasının lideri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyünü bildirib. Sinvarın ölüm xəbərini İsrail Müdafiə Ordusu (SAXAL) təsdiqləyib.

Daha əvvəl SAXAL Qəzza zolağında İsrail qüvvələri tərəfindən HƏMAS-ın üç nümayəndəsinin öldürüldüyünü, onlardan birinin Sinvar ola biləcəyini açıqlamışdı.

"Sky News Arabia" telekanalı mənbələrə istinadən Sinvarın Misirlə sərhəddə, Rəfah şəhərində öldürüldüyünü xəbər verir. İsrailin "12-ci kanal"ının məlumatına görə, İsrail hərbçiləri HƏMAS liderinin vurulmasını istədikləri binada olduğunu bilmirdilər. Hücumdan sonra hərbçilər binaya baxış keçirərkən Sinvara bənzər bir adamın cəsədini tapıblar.

"Kan" radiosunun həmsöhbətləri vurğulayırlar ki, cəsədin kimliyini ayırd etmək asan idi, çünki İsraildə Sinvarın DNT nümunəsi var, o, əvvəllər İsrail həbsxanasında olub.

HƏMAS Sinvarın ölüm xəbərinin doğru olmadığını bildirib.

Sinvar avqustun əvvəlində HƏMAS-ın siyasi lideri seçilib. O, iyulun sonunda Tehrandakı iqamətgahına hücum zamanı öldürülən İsmayıl Haniyəni əvəzləyib.

Yetkinlik həyatının yarısını İsrail həbsxanalarında keçirən Sinvar Həniyənin öldürülməsindən sonra sağ qalan ən güclü HƏMAS lideri idi.

Sinvar HƏMAS-ın ötən il oktyabrın 7-də İsrailə hücumunun təşkilatçısı hesab olunur. Mindən çox insan cihadçıların hücumunun qurbanı olub. 250-dən çox insan girov götürülərək Qəzza zolağına aparılıb. Onların bir hissəsi İsrail və HƏMAS arasında razılaşma çərçivəsində mübadilə edilib.

Sentyabrın əvvəlində HƏMAS-ın əlində yüzdən az girov qalmışdı. İsrail onlardan 40-a yaxınını ölü hesab edir.

İran İsrailə qarşı: Böyük müharibə riski var
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

XS
SM
MD
LG