Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

Zahedanda molla öldürülüb


Zahedanda etirazlar
Zahedanda etirazlar

Zahedan İranın Pakistan və Əfqanıstanla cənub-şərq sərhədi yaxınlığındadır. Burada 2 milyonadək bəluç azlığı yaşayır

İranın əsasən sünnilərin yaşadığı Zahedan şəhərində şiə məscidinin mollası öldürülüb. Xəbəri rəsmi IRNA agentliyi yayıb.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Bir günə 66 ölüm

“Cinayətkarların müəyyənləşdirilib həbs olunması üçün xüsusi qrup yaradılıb”, – Sistan-Baluçistan vilayətinin polis rəisi Əhməd Tahiri deyib.

IRNA öldürülən mollanın Səccad Şəhkari olduğunu yazır.

İranda son etirazlar vaxtı Zahedanda zorakı toqquşmalar baş verib. Amnesty International sentyabrın 30-da həmin şəhərdə təhlükəsizlik qüvvələrinin azı 66 nəfəri qətlə yetirdiyini bildirib.

İnsidentdən sonra Zahedan polis rəisi və bir polis məntəqəsinin başçısı işdən çıxarılıb.

Xameneyiyə ittiham

İranda etirazlar əxlaq polisinin saxladığı 22 yaşlı Məhsa Əmininin vəfatının ardınca başlayıb. Qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü bildirilir.

Zahedanda etirazçıların öldürülməsi kəskin tənqidə səbəb olub. Aparıcı sünni ruhanisi deyib ki, Ali dini lider Ayətullah Əli Xameneyi “Allah qarşısında” məsuliyyət daşıyır.

Zahedan İranın Pakistan və Əfqanıstanla cənub-şərq sərhədi yaxınlığındadır. Burada 2 milyonadək bəluç azlığı yaşayır. İnsan haqları qrupları onların onillər boyunca diskriminasiya və repressiyaya məruz qaldığını deyir.

Sistan-Bəluçistan vilayəti isə ölkənin ən yoxsul regionlarındandır. Bəluç silahlılar İran təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etdiyindən bu vilayətdə daim gərginlik hökm sürür.

XS
SM
MD
LG